Bakıda "IRON MUSCLE" çempionatı keçiriləcək - FOTO

8-10-2021, 12:15
A+
A-


INBA Qlobal Azərbaycan və AKK Promotion MMC-in təşkilatçılığı ilə Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) natural bodibildinq və fitnes üzrə "IRON MUSCLE" çempionatı keçiriləcək.

MAGAZINEWS.AZ xəbər verir ki, 27 noyabr 2021-ci il tarixdə INBA Qlobal Azərbaycan və AKK Promotion MMC-in təşkilatçılığı ilə Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) natural bodibildinq və fitnes üzrə "IRON MUSCLE" çempionatı keçiriləcək.

Yarışda ölkə ərazisində və digər ölkələrdə yaşayan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

İ.ştirak edəcək kateqoriyaların siyahısını təqdim edirik:

✔️Men's bodybuilding,
✔️Men's physique,
✔️Men's classic physique,
✔️Men's athletic,
✔️Woman's bikini divas
✔️Woman's sport model
✔️Kid's fitness
✔️ Physically challenged

Bildirək ki, yarışda fiziki məhdudiyyətli idmançılar da iştirak etmək hüququna malikdirlər!
Yalnız natural atletlər yarışda iştirak etmək hüququna malikdirlər!
Yarışda yalnız ProTan firmasının istehsalı olan boyaq maddəsindən istifadə oluna bilər.
Qeydiyyat 1 sentyabr 2021-ci il tarixdən etibarən başlayıb.

Ünvan:
Bakı şəhəri, Əhməd Rəcəbli 1/7,Otaq 2,
0124093192
0502017474

Qeyd edək ki, yarışın informasiya dəstəkçilərindən biri MAGAZINEWS.AZ saytıdır.

Bundan əlavə , həmçinin 21 noyabr 2021-ci il tarixində INBA Qlobal Azərbaycan və Abu-Life Group-un təşkilatçılığı ilə Qazax şəhərində "ABU-LIFE NATURAL CUP, OPEN" çempionatı keçiriləcək. Yarışda ölkə ərazisində və digər ölkələrdə yaşayan hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

Kateqoriyalar:
Men's bodybuilding,
Men's physique,
Men's classic physique,
Men's athletic,
Woman's Sport Model,
Kid's fitness

Yarışda yalnız ProTan firmasının istehsalı olan boyaq maddəsindən istifadə oluna bilər.
Bütün yarış iştirakçılarına uğurlar arzulayırıq!

Ünvan:
Bakı şəhəri, Əhməd Rəcəbli 1/7,Otaq 2,
Qazax şəhər, Abu-Life İdman Klubu, 0124093192 /
0502017474 / 0553554714