Ozan Akbaba yeni filmi ilə Bakıda!

4-02-2022, 22:50
A+
A-


"Eşkiya Dünyaya Hükümdar Olmaz" serialında yaratdığı obrazla Azərbaycanda da sevilən aktyor Ozan Akbaba Bakıya gəlib.

Magazinews.Az xəbər verir ki, o, "Anka" filminin "Park Cinema Imax" kinoteatrında təşkil olunan qala gecəsinə qatılıb.

Aktyoru tərəf müqabilləri Uğur Uzunel, Engin Hepileri, Atilla Şendil yalnız buraxmayaraq Park Cinemada keçirilən qala gecəsində iştirak ediblər.

Onlar kinoteatrda izdihamla qarşılanıblar.

Qonaqlar ölkəmizin, xüsusilə, Şuşanın çox gözəl olduğunu söyləyiblər. Məşhur qonaqlar Bakı haqqında xoş təəssüratlarını jurnalistlərlə bölüşüblər.

Daha sonra yaradıcı heyət filmi tamaşaçılarla birgə izləyiblər.

Gecədə yerli məşhurlardan müğənnilər Namiq Qaraçuxurlu və Ayan Babakişiyeva kameraların obyektivinə tuş gəlib.

Bildirək ki, "Anka" filminin ssenarisinin müəllifi Ozan Akbabanın özüdür. 

Türkiyənin ilk sürət və macəra janrında olan "Anka" filmi avtomobil həvəskarları üçün xüsusi maraq doğurub. 

Ekran işi artıq yerli kinoteatrlarda yayınlanmaqdadır.