“Park Cinema Aygün Mall” fəaliyyətə başladı

6-06-2022, 13:30
A+
A-



“Park Cinema” kinoteatrlar şəbəkəsi genişlənməkdə davam edir.

MagaziNews.Az xəbər verir ki, Şahdağ turizm kompleksində ötən ilin sonunda istifadəyə verilmiş yeni kinoteatrdan sonra, daha bir kinoteatr Bakıxanov qəsəbəsində yerləşən Aygün Mall ticarət mərkəzində açılır.

Yeni kinoteatr bu gün fəaliyyətə başlayır: tamaşaçılar artıq seanslar üçün bilet ala bilərlər. Yeri gəlmişkən, biletlərin qiyməti iyun ayı ərzində 3,30 AZN təşkil edəcək. Artıq biletlərin sinxronlaşdırılması və Park Cinema Aygün Mall-un kinoteatrlar şəbəkəsinin internet saytındakı məlumat bazasına əlavə edilməsi istiqamətində işlər aparılır.

“Bakıxanov qəsəbəsi Bakının ən çox məskunlaşdığı qəsəbələrdən biridir. Yerli sakinlərin son premyeralardan məhrum olması ədalətsizlik idi - şərti "Hörümçək adam"ı izləmək üçün onlar şəhərin mərkəzinə getməli idilər. İndi buna ehtiyac yoxdur, çünki indi onlar qəsəbənin ən böyük ticarət mərkəzi olan “Aygün Mall”a gəlib filmə baxa bilərlər”, - deyə Park Cinema kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev bildirib.

Ümumilikdə “Park Cinema Aygün Mall”da beş zal olacaq və ziyarətçilər dünya kinosunun bütün premyeralarından həzz ala biləcəklər.