DokuBaku IDFF könüllülər axtarır

17-06-2022, 15:30
A+
A-



DokuBaku IDFF, Festivalın təşkilatçılarına açılış və qapanış mərasimlərində, film nümayişlərinin təşkilində, tamaşaçılara rəhbərlik etməkdə və bacarıq və biliklərinizə uyğun hər hansı bir dəstək verə biləcək könüllü/fasilitatorlar axtarır.

MagaziNews.Az xəbər verir ki, könüllülər festival günlərində, yəni 21-25 sentyabr 2022 tarixlərində fəaliyyət göstərəcəklər.

Fasilitatorlar film okeanına dalmaq, yerli və beynəlxalq istehsalçı mütəxəssislər ilə tanış olmaq və festivalın gedişatı bağlı dəyərli bir təcrübə üçün əsl fürsət əldə edəcəklər. Kino həvəskarısınızsa və
özünüzü yeni bir şeydə sınamaqdan çəkinmirsinizsə, müraciətlərinizi gözləyirik!

Müraciətinizi təqdim etdikdən sonra ərizənizin qəbul etdildiyi barədə elektron ünvanına bildirişi alacaqsınız. İlkin mərhələni keçdiyiniz halda, sizə ikinci elektron ünvanına bildirişi gələcək, fiziki və ya onlayn müsahibəyə dəvət alacaqsınız.

Qeydiyyatdan keçmək üçün linki izləyin:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdm6KKZQw0tV9DcFHcVNvy1Mk7reH2XAGKQYNmQLUttv8iV9g/viewform

Sizin DokuBaku BSFF 2022-in bir hissəsi olmağınızı səbirsizliklə gözləyirik. Müraciət üçün son tarix 20 iyul
2022-ci ildir.