18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |    

Azərbaycanda ilk dəfə 4DX-da cizgi filminin nümayişi


Paytaxtın mərkəzində, Xəzər dənizinin sahilində, “Dəniz Mall” ticarət mərkəzində ölkənin ən böyük kinoteatrı “CinemaPlus”da Azərbaycanda ilk dəfə olaraq “Minyonlar: Qrüvitasiya” cizgi filmi ən son 4DX texnologiyası ilə nümayiş olunur.

Magazinews.az xəbər verir ki, bu, “Mən yaramazam” (2010) cizgi filmində tamaşaçıların qarşılaşdıqları kiçik sarı canlılar haqqında “Minyonlar” (2014) filminin davamıdır.

Rejissor Kayla Balda. Stiv Karell və Pyer Koffen əvvəlki hissələrdəki rollarını təkrarlayırlar. Taraci Henson, Mişel Yeo, RZA, Jan-Klod Van Damm, Lyusi Lauless, Dolf Lundqren, Denni Treho, Rassell Brend, Culi Endryus və Alen Arkin də aktyor heyətinə qoşulub.

Bir milyon ildir ki, minionlar ONUNLA görüşənə qədər ən böyük və ən dəhşətli lideri axtarırlar. Qrü ilə tanış olun. O, hələ çox gənc olsa da, planlarında planeti titrədəcək həqiqətən pis şeylər var. 

4DX texnologiyası filmlərin hərəkət, fırlanma və kreslo titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. Bunun nəticəsində 4DX, tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə kino sənayesində ən valehedici formatlardan biri hesab olunur. 

Hər bir 4DX zalı məkanda video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən  maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 650-dən çox Hollivud filmi 4DX formatında nümayiş olunub.    

4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlirlər və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir. 


Qeyd etmək istərdik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində bu film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.



Kino / Manşet 16-07 10:01

Digər Xəbərlər