"İblisin kitabı"nın ilk bölümü yayımda - VIDEO

5-08-2022, 23:30
A+
A-


"Red Fox" studiyasının istehsal etdiyi və Azərbaycanın ilk qorxu-fantaziya janrında qısametrajlı serialı "İblisin kitabı" təqdim olunacaq.

MagaziNews.Az xəbər verir ki, 3 bölümdən ibarət ekranın işinin hər seriyasında tamaşaçılara yeni hekayə göstəriləcək. "İblisin kitabı"nın ilk bölümü 13 avqustda YouTube platformasında – "Red Fox" kanalında yayımlanacaq.

Qeyd edək ki, serialın rejissoru Səid Qurbanovdur. Köməkçi rejissor Ülvi Əsgərov, quruluşçu operator Elnar Emin, ssenari müəllifləri Səid Qurbanov və Ayşən Rəhimovadır.