16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |     16:10 “CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası - VİDEO - FOTOlar  |     19:50 Musiqili Teatrda qırğızların balet-tamaşası alqışlarla qarşılandı - FOTO  |     19:13 Akademik Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıdıb - FOTO  |     18:10 Əfsanəvi Ronaldinyo “CineMastercard”da kimsəsiz uşaqlarla görüşüb - FOTO  |     16:09 Mədəniyyət “CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib - VİDEO - FOTO  |    

CinemaPlus “Komutan” filminin qəhrəmanları ilə qala gecəsi keçirib


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında, Bakıda yerləşən Yunus Emre Fondun dəstəyi ilə filmin baş qəhrəmanları Mert Kılıç və Aslıhan Günerlə birlikdə Türkiyənin “Komutan” döyüş filminin qala gecəsi keçirilib.


MagaziNews.Az xəbər verir ki, türkiyəli aktyorlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarları ilə şəkil çəkdiriblər. Azərbaycan tamaşaçıları Türk kumirlərini heyranlıqla qarşıladılar.

Film real hadisələr əsasındə çəkilib. Rejissorlar Selahattin Sancaklı və Mert Kılıçdır. Rollarda Mert Kılıç, Aslıhan Güner, Can Kızılıtuğ və Emre Bulut çəkiliblər.


Film haqqında qısa məlumat: Xüsusi hazırlanmış bir dəstəyə Suriyada döyüşlər zamanı şəhid olmuş 3 əsgərin nəşini Vətənə geri qaytarmaq tapşırığı verilir. Hər addımında ölüm təhlükəsi olan bu tapşırığı "Soluk Kesen" adlandırılan dəstə necə yerinə yetirəcək?...


Tədbirin təşkilində Cinema Distribution, “MADO” restoranı, foto  video çəkiliş - “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.


Qeyd edək ki, film oktyabrın 13-dən etibarən bütün "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.


“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.




 

 


Digər Xəbərlər