13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

CinemaPlus-da “Zona” Azərbaycan komediya filminin nümayişi başladı


“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının bənzərsiz, hətta qəribə bir ideyalı “Zona” filminin nümayişi başladı.


Komediya janrında olan filmdəki hadisələr, situasiyalar uydurmadır.

“Zona” filminin baş prodüseri Cəfər Axundzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, rejissoru Vüsal Hacıqədir, operatoru Orxan Məmmədov, quruluşçu rəssamı Zaur Abdullayev, Post-prodakşn supervayzer Vüqar İslamzadə, bəstəkarı Ruhin Məmmədzadə, geyim üzrə rəssamı Mehriban Əfəndi, qrim üzrə rəssamı Aytən Hüseynzadədir. 

Filmin aktyor heyəti Xalq Artisti Əbdül Mahmudov, Məcid Hüseynov, Tural Əsədov, Aqil M. Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nöfəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvaladqızı və digər məşhur simalardan ibarətdir.

Filmin baş qəhrəmanı sadəlöhvlüyü ucbatından şəhərdə qeyri-rəsmi fəaliyyət göstərən kollektor şirkətində işə düzəlir. Onun vəzifəsi banklara və ya fiziki şəxslərə borcu olanlardan həmin borcu almaqdır. İşini uğurla görən qəhrəmanın borcalanlarından biri ölü tapılır və bütün dəlillər ona qarşı olduğuna görə qəhrəman həbs olunur. Filmin əsas hissəsi Quantanamo, Alkatras həbsxanasını xatırladan bir yerdə cərəyan edir. Baş qəhrəman özünün günahsızlığını sübut etmək üçün həbsxanadan qaçış planı düşünür. Amma bu həbsxanadan qaçmaq mümkün deyil.

Media dəstək Azad Azərbaycan Telaradio Yayım şirkəti, 106 FM və 106.3 FM-ə aiddir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Zona” filmi kinosevərlərin Yeni ilini daha maraqlı və rəngarəng edəcək. 



 


Kino / Manşet 28-12 13:39

Digər Xəbərlər