CinemaPlus-da Emil Quliyevin yeni “Pərdəarxası” filmi nümayiş olunur

10-03-2023, 16:50
A+
A-


“CinemaPlus” kinoteatrlar şəbəkəsinin maliyyə dəstəyi ilə Azərbaycan istehsalı olan “Pərdəarxası” dram filminin nümayişi keçirilir.


Filmin rejissoru Emil Quliyevdir. Baş rollarda Hikmət Rəhimov, Azər Aydəmir, Arzu Abdulova çəkiliblər.


Film haqqında qısa məlumat: İnşaat şirkətində satış meneceri olaraq çalışan Həsən (33) və arvadı Sevda (30) uzun müddətdir uşaq sahibi ola bilmirlər. Həsən həkim müayinəsindən sonra özünün qısır olduğunu öyrənir. Amma kişiliyinə xələl gəlməsindən çəkinən Həsən bu məlumatı həyat yoldaşından gizlədir. Problemin Sevdada olduğunu düşünən Həsənin anasının israrıyla müalicə üçün bir kənddə yaşayan ara həkiminin yanına gedirlər.


Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.

“CinemaPlus” yerli kinematoqrafiyanın inkişafına dəstək olmaqdan məmnundur.