“CinemaPlus”da Türk idman-tarixi filmi “Tek Yürek İmalat-ı Harbiye”
“CinemaPlus” kinoteatrlar şəbəkəsində 30 martdan etibarən Türkiyənin “Tek Yürek İmalat-ı Harbiye” idman-tarixi filminin nümayişi başlayır.
Filmin rejissoru və ssenaristi Serdar Çetinkayadır. Baş rollarda Turqay Tanülkü, İnanç Konukçu və Sitare Akbaş çıkiliblər. Filmin yaş həddi 12+ təyin olunub.
Ekran işi 1910-cu ildə bir komanda yaradan və Fransanın nəzarəti altında olan liqada futbol oynamağa başlayan “İmalat-i-Harbiye” işçilərinin hekayəsindən bəhs edir. Onlar üçün əyləncəli bir ehtiras olan futbol tezliklə milli mübarizənin bir hissəsinə çevrilir. Ölkələri üçün “Tek Yürek”lə döyüşən “İmalat-i Harbiye”nin futbolçuları indi də eyni ruhda birləşərək xərçəng xəstəsi olan Yiğit üçün mübarizə aparırlar.
CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.