"Xəzər dənizinin quldurları" uşaq teatr tamaşası!

3-08-2023, 14:35
A+
A-


Park Cinema gənc tamaşaçıları və onların valideynlərini 12 avqust saat 12:00-da, Park Bulvarda yerləşən Park Cinema Kids Hall zalında keçiriləcək “Xəzər dənizinin quldurları” adlı əyləncəli uşaq tamaşasına dəvət edir. 

 

“Xəzər dənizinin quldurları”—  igid piratlar və Xəzərin altında gizlənən xəzinənin axtarışına çıxarkən, onların qarşılaşdıqları inanılmaz sərgüzəştlər haqqında bəhs edən əyləncəli macəradır. Baş qəhrəmanlar müxtəlif sınaq və təhlükələrlə qarşılaşır, eyni zamanda, hər kəsin sevdiyi məşhur cizgi filmləri və nağılların qəhrəmanları ilə görüşürlər. Onlarla birlikdə uşaqlar əyləncəli dəniz macərasına qatılacaqlar. 

 

Bu unudulmaz səyahət balacalara dostluğun nə qədər önəmli olduğunu, cəsur və köməkçil olmağı öyrədir, onlara xoş hisslər və xatirələr bəxş edir.

 

“Xəzər dənizinin quldurları” həm gənc, həm də böyük tamaşaçıları heyran edəcək təsirli vizual effektləri və möhtəşəm musiqi müşayiəti ilə ən xırda detallara qədər düşünülmüş unikal bir tamaşadır. 

 

Tamaşa 4+ yaşında uşaqlar üçün eyni zamanda azərbaycan və rus dillərində nümaiş olunacaq.

 

Biletləri Park Cinema vebsaytından və kinoteatrın kassalarından əldə etmək olar.