“ParkCinema”-da "Bumblebee” filminin qapalı nümayişi keçirilib" - FOTO/VIDEO

11-12-2018, 14:37
A+
A-

Ötən gün Metro Parkda AVM-də yerləşən “Park Cinema” kinoteatrının ən qabaqcıl səs texnologiyaları ilə təhciz edilmiş “Dolby Atmos” zalının açılışı baş tutub. Açılış mərasimi ilə bağlı rejissor Trevis Nayt “Bumblebee” filminin qapalı nümayiş də keçirilmişdir.

Magazinews.Az xəbər verir ki, tanınmış simaların və media nümayəndələrinin iştirak etdiyi primyera mərasimi rəngli görüntülərə şahid olub. Gecədə Dj- in iştirakı ilə musiqilər səslənib və gələn qonaqlara yemək və içkilərdən ibarət furşet təqdim olunub.

Film isə ötən əsrin 80-ci illərinin sonundan bəhs edən “Transformerlər” franşizanın növbəti hissəsi hər şeyin necə başlandığı barədə məlumat verəcək.

Qısaca olaraq filmin mövzusuna gəlincə isə - "Güclü zədəyə məruz qalmış avtobot Bamblbi Kaliforniyadakı avtomobil zibilliklərindən birində sığınacaq tapır, və deyəsən bu heç də ona yaxşı həyat vəd etmir, amma onu yerli sakin qız tapır. Elə bundan sonra filmdə əsas macəralar insanları ekrana kilitləyir. Adrenalin dolu film fantastik səhnələrlə zəngindir. “Transformerlər” franşızasının prikveli kimi hesab olunan “Bamblbi”nin özəlliklərindən biri məhz səs effektləridir. “Paramount Pictures” kino şirkəti filmə göstərilən ilkin reaksiya ilə tam razı qalabilər."

“Park Cinema” kinoteatrlar şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev çıxışında qeyd edib ki, “Tamaşaçı filmdən hərtərəfli həzz almalıdır. Heç bir səs, heç bir kadr, heç birsaniyə onun diqqətindən qaçmamalıdır.Bunun üçün tamaşaçının yeganə köməkçisi texnologiyalar ola bilər.” 

“Dolby”-nin Rusiya və MBD üzrə direktoru Aleksey Uqrinoviç açıqlamasında bildirib ki, “Biz Rusiya və MBD-də 150-ci olan Dolby Atmoslu yeni kinozalın Azərbaycanda açılmasından məmnunuq. Bu rəqəm müasir tamaşaçılar arasında keyfiyyətli məzmuna olan böyük və sürətlə artan tələbata sübutdur. Dolby Atmos texnologiyaları sayəsində kinoteatrlar öz tamaşaçılarına üçqat səsin möhtəşəm keyfiyyətini təklif edə bilərlər.

Primyerada əsa yadda qalan hadisələrdən biri "Bamblbi" robotunun gəlməsi olub. Filmin posterinin yanında olan balaca bir yerdə qonaqların əksəriyyəti yığışıb. Onlar filmin əsas qəhrəmanının “canlıperformansı”nı izləyiblər.

Bundan başqa primyeranın qonaqları sırasında ssenarist və rejissor, Azərbaycanın xalq artisti Ramiz Fətəliyev (“Yaramaz”, “Altıncı”, “Təzə evlənənlər üçün çətir”), aktyor və rejissor, Azərbaycanın xalq artisti Rafiq Əliyev (“Lətifə”, “Bir anın həqiqəti”), Rotterdamdakı nüfuzlu festivalın iştirakçısı “Duz-istiot zövqə uyğun” filminin rejissoru Teymur Hacıyev, rejissor Emin Mirabdullayev, “Parni iz Baku” teatrının aktyoru Azər Məmmədzadə və başqaları oştirak ediblər.

Qeyd edək ki, “Birkart Dolby Atmos” zalı “FlameTowers”–dakı IMAX 3D və “Park Bulvar”-dakı “LaseR” zalları ilə birlikdə “Park Cinema”nın “texnoloji ailəsi”nə daxil olub. “Park Cinema”nın məqsədi qabaqcıl texnologiyalardan istifadə etməklə, məzmunu tamaşaçılara ən yaxşı keyfiyyətə təqdim etməkdir. Bu gün rejissorlar, studiyalar, prodüserlər sadəcə şəkillər, bir-birini əvəz edən kadrlar deyil, dünyalar yaradırlar ki, tamaşaçı onları təkcə başa düşməsin, eyni zamanda hiss etsin. Buna görə də görüntünü “hiss etmək” imkanını yaradan texnologiyalar çox vacibdir” – Park Cinema Kinoteatrlar Şəbəkəsinin direktoru Elnur Allahverdiyev bunları qeyd edir.

 “Bamblbi” Azərbaycanda geniş yayıma dekabrın 13-də çıxacaq. Biletləri “ParkCinema”-nın rəsmi saytında (www.parkcinema.az), İos  və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.