Türk komediya filmi “Güvən bana” yalnız CinemaPlus-da

10-10-2023, 12:14
A+
A-


“CinemaPlus” premium kinoteatrlar şəbəkəsində oktyabrın 12-dən etibarən eksklüziv olaraq “Güvən bana” adlı Türk komediya filminin nümayişi baş tutacaq.

Filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir və “Aytaç Medya” studiyası tərəfindən təqdim olunur.

Baş rolları Cihangir Ceyhan, Ufuk Bayraktar, Okan Çabalar, Erdal Özyağcılar, Pelin Karahan və başqaları kimi məşhur aktyorlar ifa ediblər.

Film haqqında qısaca: Bir sələmçiyə borclu olan Özcan və Serkan, dayıları Müslümün yanına gedib, ondan 150 min türk lirəsi alacaqlar. Tərslikdən Müslüm dayı pul vermək istəyən zaman infarkt keçirir və dünyasını dəyişir. Bunu görən Özcan və Serkan, onun cibindən pullarını çıxarıb borclarını ödəmək üçün sələmçinin yanına qayıdırlar. Ancaq burada onlar böyük bir sürprizlə qarşılaşırlar. Pulların saxta olduğunu biləndə, qardaşlar onu götürdükləri yerə geri qoymaq qərarı verirlər. Ancaq bunu etmək üçün dəfn mərasiminə gələn qardaşları böyük bir macəra gözləyir.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 


[media=