Məşhur filmlərdə istifadə olunan tarixi anqar yandı - FOTOlar

9-11-2023, 16:10
A+
A-


ABŞ-də "The X-Files" ("Məxfi materiallar"), "Star Trek" ("Ulduz yolu") və "Pearl Harbor" ("Pörl Harbor") filmlərinin çəkilişləri üçün istifadə edilən nəhəng anqar yanıb.

Oxu.az bildirir ki, bu barədə Kaliforniyanın (ABŞ) Orinc dairəsi yanğınsöndürmə idarəsi özünün "X" sosial şəbəkə hesabından xəbər verib.

Bildirilib ki, yanğının dinamikası və obyektin dərhal dağılma təhlükəsi ilə əlaqədar olaraq ən yaxşı hərəkət kursu kimi strukturun dağılmasına icazə verilməsi qərara alınıb. Bundan sonra xilasedicilərlər güclü yanğının söndürülməsi işlərinə başlaya biliblər.

Qeyd edək ki, İkinci dünya müharibəsi illərində bu anqarda dirijabllar saxlanılıb.

Son məlumata görə, yanğın artıq nəzarətə alınıb.