16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |     16:10 “CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası - VİDEO - FOTOlar  |     19:50 Musiqili Teatrda qırğızların balet-tamaşası alqışlarla qarşılandı - FOTO  |     19:13 Akademik Musiqili Teatr beynəlxalq festivaldan uğurla qayıdıb - FOTO  |     18:10 Əfsanəvi Ronaldinyo “CineMastercard”da kimsəsiz uşaqlarla görüşüb - FOTO  |     16:09 Mədəniyyət “CineMastercard” kinoteatrında “Tağıyev: Neft” filminin təqdimatı keçirilib - VİDEO - FOTO  |    

"BTS qrupunun film-konserti “Park Cinema”-da"


BTS qrupunun “Park Cinema”da nümayiş olunacaq. Şəbəkə film-konsertinə yeni biletləri satışa buraxır və konserti Dolby Atmos formatında göstərəcək.

Magazinews.Az-ın məlumatına görə, Rusiya və MDB ölkələrində satışların ilk günündə 25 mindən çox satılan bilet satılıb. Bütün dünyaya səs salmış Koreya musiqisinin fenomeni sayılan BTS qrupunun Seul Olimpiya Stadionunda BTS WORLD TOUR “LOVE YOURSELF” çərçivəsində keçirilmiş konsert “Park Cinema” şəbəkəsinin iki kinoteatrında nümayiş olunacaq.

“Biletlərin satışlarına dünən axşam start verdik və ən qısa zamanda bütün biletlər rezervasiya olunub, bu biletlərin əksəriyyəti isə alınıb. Bilirdik ki, Azərbaycanda bu qrupun fanatları çoxdur və onlara belə bir sürpriz hazırladıq. Konsertin nümayişi bayramlardan sonra keçirilsə də, konsertə bilet qrupun fanatı üçün əsl bayram hədiyyəsi olacaq. Bu, “Park Cinema”da “Dolby Atmos” formatında nümayiş olunan ilk konsert olacaq. Əminəm ki, qonaqlarımız bu konserti layiqincə qiymətləndirəcək”, - deyə “Park Cinema”nın piar meneceri Rüstəm Fətəliyev bildirib.

BTS WORLD TOUR “LOVE YOURSELF” film-konserti “Park Cinema Flame Towers” kinoteatrında dekabrın 26-sı, saat 15:00 və 17:30-da nümayiş olanacaq. “Park Cinema Metropark”da fəaliyyət göstərən və müştərilərə səsin ən yüksək keyfiyyətini təmin edən “Dolby Atmos” zalına satışlar ən yaxın zamanda başlanacaq.

Yeddi solistdən ibarət BTS qrupu son illərdə beynəlxalq çartlarının liderlərinə çevrilib və k-pop janrında çıxış edən “Qremmi” mükafatının nominasiyasına layiq görülən ilk qrupdur. BTS-in dinamik müsiqisi, rəngarəng üslubu və fanatların, sözün əsl mənasında, ordusu var. Onlar özlərini elə də adlandırır - “A.R.M.Y.” (“Adorable Representative M.C. for Youth”).

Rusiya və MDB ölkələrində konserti nümayiş etdirən “Cool Connection”in məlumatına görə, Cənubi Koreyanın prezidenti Mun Ceyin öz “Twitter”ində amerikan çartlarında liderliyi əldə etməsi münasibəti ilə BTS-i təbrik edib. Fenomenal uğura sahib olan qrupun əsl pərəstişkarları BTS-in konsertindən əsl həzz alacaqlar.

Kino / Manşet 21-12 22:11

Digər Xəbərlər