“Böyük yarış. Lancia Audiyə qarşı” filmi “CinemaPlus”da nümayiş olunacaq - VIDEO

17-01-2024, 17:32
A+
A-


CinemaPlus kinoteatrlar şəbəkəsində yanvarın 18-dən etibarən avtomobil yarışlarından bəhs edən, İtaliya və Britaniya istehsalı olan “Böyük yarış. Lancia Audiyə qarşı” filminin nümayişi başlayır.


Filmin süjeti real hadisələr əsasında çəkilib və 1983-cü ildə Dünya Ralli Çempionatında Audi Quattro və Lancia 037 komandalarının rəqabəti haqqındadır.

Rejissor: Stefano Mordini.

Baş rollarda Daniel Brül, Rikkardo Skamarço, Folker Bruh, Keti Klarkson-Hill, Yacopo Rampini, Kay Portman və Aksel Gallua.

Film haqqında qısa məlumat: İtalyan “Lancia” və Alman “Audi” arasında məşhur qarşıdurma hekayəsi. Dünyanın ən yaxşı pilotları tərəfindən idarə olunan iki konsernin, iki fəlsəfənin və iki əfsanəvi avtomobilin döyüşü. 12 ölkədə 20 yol: yağış, qar, dağ serpantinləri və orta əsr şəhərlərinin dar küçələri. Bütün imkanlardan istifadə olunur - komandaların heç biri geri çəkilməyi düşünmür. Qalib hər şeyi alır, uduzan maşınları yuyur.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 


[media=]