“CinemaPlus”-da “Qar yarışları” animasiya filminin nümayişi keçirilir"

4-01-2019, 16:31
A+
A-

“CinemaPlus”da azərbaycan dilində “Qar yarışları” animasiya filminin nümayişi keçirilir.

Magazinews.Az-ın məlumatına görə, “CinemaPlus” kinoteatrlar şəbəkəsi 2018-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj edilən Kanada istehsalı olan “Qar yarışları” animasiya filminin nümayişlərinə başlayıb.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser isə Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblər isə İslam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimovadır.

Cizgi filminin rejissoru Benua Qodbutdur.

Cizgi filmi haqqında məlumat olaraq qeyd edə bilərik ki, "Gözəl mənzərəli bir kənddə, Kanadanın qarlı dağlarında uşaqlar əsl idman yarışı - Qar yarışları təşkil edirlər! Hər iştirakçı yarışa öz məsuliyyətilə yanaşır və öz xizəyini özü düzəldir. Amma başqa idman növlərində olduğu kimi, qar yarışları da yalansız ötüşmür, axı hamı qalib olmaq istəyir!

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!