“Apatiya” filmini ictimaiyyətə təqdim etdi - FOTO

12-02-2024, 12:12
A+
A-


Aktyor-rejissor Hikmət Rəhimov dram janrında çəkdiyi “Apatiya” filmini ictimaiyyətə təqdim etdi.  Yaş  həddi +18 olan, 500-600 nəfərin iştirak etdiyi filmin qala gecəsi “Flame Towers”də, park sinemada izdihamla keçdi. Film onu izləyən tamaşaçılar tərəfindən bəyənildi, fərqli reaksiyalar yaratdı və səs-küyə səbəb oldu.


Onu da qeyd edək ki, 20-dən çox aktyoru, rejissoru, texniki heyyəti bir araya toplayan “Apatiya” TV, mətbuat və sosial şəbəkələrin gündəmində olan yeganə filmdir. 

 

Film tamaşaçı marağının çox olması ilə əlaqədar Fevralın 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş olunur.

 

Bu dram, eləcə də peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına şübhə doğurmur.

 

Bir ailənin faciəsindən bəhs edən bu film

şəraitsiz evdə sevgisiz böyüyən Akifin həyatına işıq tutur. Savadsız və işsiz valideynləri tərəfindən məktəbdən çıxarılan və işləməyə məcbur edilən bu uşaq maşın ustası olan narkoman əmisinin yanına gedir. 

 

Bütün bu xaosun fonunda evdə baş verən qətl hadisəsi hər şeyi dəyişir və fikirləri başqa səmtə yönəldir.