“CinemaPlus”-da “Monsterlər ailəsi” -nin nümayişi başlayır"

7-01-2019, 19:11
A+
A-

“CinemaPlus”da azərbaycan dilində “Monsterlər ailəsi” animasiya filminin nümayişi başlayır.

Magazinews.Az-ın məlumatına görə, “CinemaPlus” kinoteatrlar şəbəkəsi 2019-cu ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj edilən “Monsterlər ailəsi” animasiya filminin 10 yanvardan etibarən nümayişlərinə başlayır.
Dublyajın redaktoru Vüqar Hüseynov, rejissor Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblərə gəldikdə isə Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli, Zemfira Əbdülsəmədova, Nəzakət Məmmədli, Mətanət Abbaslı, Vüsal Murtuzəliyev, Elman Rəhimov, Rəhim Rəhimov, Vüsal Mustafayev, Müşfiq Mirzəzadə, Vüsal Hacıqedir və Aytac Rəhimovadır.

Cizgi filminin rejissoru Leopoldo Aguilardır.

Cizgi filmi haqqında qısa məlumat olaraq deyə bilərik ki, "Günlərin bir günü Lukas öyrənir ki, o, adi insan deyil – o nəhəng bir divdir. Bu xəbər onun həyatını əməlli-başlı dəyişir. Ən pisi isə odur ki, ilk dəfə divə çevrilmə məktəbdəki gecədə, hamının gözü qabağında baş verir. Öz soy kökünü araşdırmaq üçün, Lukas maraqlı və həyəcanlı divlər adasına yola düşür. Macəralar Lukasa fərqlənməyin elə də pis bir şey olmadığını başa salır və yeni, qeyri-adi ailəsini tapmağa kömək edir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!