“CineMastercard” kinoteatrında “Apatiya” filminin imza günü baş tutdu - FOTO/VİDEO

27-02-2024, 19:26
A+
A-


“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında aktyor-rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” filminin təqdimatı baş tutdu. İmza gününə gələn qonaqlar filmi yaradıcı heyyətlə birlikdə izlədilər.

 

Filmdən sonra rejissor və komandası öz çıxışında tamaşaçılara təşəkkür etdi. Hikmət Rəhimov “Apatiya”nın məqsədindən, onun verdiyi mesajdan danışdı.

 

İmza günü maraqlı anlarla yadda qaldı. Gələn qonaqların arasında yazıçılar, telejurnalistlər, sayt rəhbərləri, mədəniyyət işçiləri və başqa sahələrin nümayəndələri də iştirak edirdi.

 

Filmi izləyənlər yaradıcı heyyətlə şəkil çəkdirib imza aldılar.

 

Qeyd etmək istərdik ki, “Apatiya” filmi bütün “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

 

 


[media=]