“CinemaPlus” da “Kafalar karışıq” filminin nümayişi keçirilib"

17-01-2019, 16:27
A+
A-

“28 Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Kafalar karışıq” türk komedia filminin mətbuat nümayəndələri uçün nümayişi keçirilmişdir.

Magazinews.az-ın məlumatına görə, filmdə xüsusi maraqlı faktlardan biri odur ki, baş rol ifaçıları olan məşhur Türkiyəli vaynerlər öz obrazlarını əks etdirmişdirlər.

Filmin rejissoru Yücel Yolcudur. Baş rollarda Atakan Özyurt, Bilal Hancı, Fatih Yasin, Metin Akpınar və Feride Hilal Akin çəkilib.

Film haqqında qısa məlumat olaraq deyə bilərik ki, "Atakan  varlı bir ailənin qızı olan Buseyə aşiqdir. Evlənmələrinə tək mane isə Busənin babasıdır. Atakan da Buse ilə evlənmək üçün tək çarə olaraq, Busenin illər əvvəl itkin düşmüş atasını tapmaya qərar verir. Keçmiş dostlar Fatih və Bilal da əlbəttə bu macərada Atakana yoldaşlıq edəcəklər. Kafalar, axtarışları nəticəsində Antalya yollarına düşəcəklər və işlərin qarmaqarışıq bir hal almasıyla hərəkətli və gülməcəli bir macəra başlayacaqdır."

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır!