“Park Cinema”dan “Tələbə tarifi”

1-02-2019, 19:17
A+
A-

“Park Cinema” kinoteatrlar şəbəkəsi yeni “Tələbə tarifi”nin şərtlərini açıqladı.
İndi hər bir tələbə öz tələbə biletini təqdim etməklə, xüsusi qiymətlərdən yararlana bilər.

Magazinews.Az xəbər verir ki, şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev tariflə bağlı bunları deyib:

“Park Cinema” olaraq, biz alı təhsil ocaqlarımızda oxuyan gənclərimizə həmişə açıq olmuşduq. Bildiyiniz kimi, “Azərbaycan Tələbə Kartı”nın sahibləri bizim şəbəkəmizdə biletləri endirimlə ala bilirdilər. İndi isə biz bu imkanı bütün tələbələrə veririk. Bunun üçün öz tələbə biletini təqdim etməyə kifayətdir. Əminəm ki, bu qiymətlər tələbələrimizin xoşuna gələcək. “Dolby Atmos” və “LaseR” zallarına biletlərin qiyməti 4,20, IMAX zalına isə 4,90 AZN-dən başlayacaq”.

Qiymətlərin ətraflı cədvəli - http://parkcinema.az/campaigns/view/23?lang=az -dır.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var. “Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.