“Məhəllə”- nin yeni filmi gəlir - VİDEO
“Məhəllə” filmi 15 il sonra yenidən ekranlara qayıdır.
Filmin rəsmi treyleri “Planet Parni iz Baku”nun “Youtube” səhifəsində yayımlanıb.
“Məhəllə-3” adlanan ekran işində Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Dilarə Əliyeva, Bəhram Bağırzadə, Cabir və Tahir İmanovlar rol alıb.
Qeyd edək ki, filmin rejissoru İsmayıl Zeynalovdur. Filmin təqdimatı mart ayının 3-ü Heydər Əliyev Sarayında olacaq.