"Özəl müharibə" filmi Park Cinema-da

8-03-2019, 15:10
A+
A-

"ADDIM" Gənclər Təşkilatı və "Park Cinema" kinoteatrlar şəbəkəsinin birgə layihəsi olan "Cinemaya Addımla" layih’sinin bu dəfəki ulduz qonağı jurnalist İlqar Mikayıloğlu olub. O, gənclərlə birlikdə "Özəl müharibə" filmini izləyib. Aparıcı süjet xəttinin təsirli və həm də maraqlı olduğunu bildirib.

Magazinews.Az xəbər verir ki, tədbirdə mətbuat nümayəndələri, hərbi jurnalistlər, teatr və kino aktyorları, ADDIM gənclər təşkilatının üzvləri iştirak ediblər.

"ADDIM" Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə isə belə görüşlərin davamlı olacağını və bundan sonra da dünya miqyaslı filmlərin eksklüziv nümayişinin təşkil olunacağını bildirib.

Marie Colvin bir neçə onilliklər üçün ən qaynar nöqtələrdə iştirak edən əfsanəvi bir jurnalistdir. Martini, London elitası ilə və diktatorlara qarşı bir mübarizəsi ilə diqqət çəkir. O, Yaxın Şərqdə münaqişə zonalarından məlumatlar çatdırır.
Jurnalist xanım alkoqoldan çox asılıdır. O, dəfələrlə ölüm təhlükəsi ilə qarşılaşır. O, zamanımızın ən məşhur döyüş müxbirlərindən biridir. O, tamamilə qorxmaz və həqiqətə arxalanaraq döyüşün mərkəzində olmaqdan qorxmurdu.

Onunla yanaşı, fotoqrafı Paul Conroy Suriyadakı mühasirəyə alınan şəhərdə, karyerasında ən təhlükəli vəziyyətlə qarşılaşır.
Filmin sonunda Marie Colvin Suriyada bombardman altında həlak olur. 

Qeyd edək ki, "Özəl müharibə" filminin ictimai baxışında Azərbaycanın ilk şəhid jurnalisti Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov, telejurnalist Şakir Eminbəyli, "ADDIM"ın fəal gənc üzvləri və mətbuat nümayəndələri də iştirak edib.

Bu gündən etibarən "Park Cinema" kinoteatrlar şəbəkəsində nümayiş olunan "Özəl müharibə" filminin rejissoru Matyu Haynemandır. Oskar mükafatına nominasiya olan bu ekran əsərində "Sunday Times " qəzetinin müxbiri Mari Kolvinin Şri-Lanka, İraq və Suriyadakı təhlükəli işindən danışılır. Baş rol ifaçısı Rosamund Payk həyatını baş verən dəhşətlərə həsr etmiş britaniyalı müxbir obrazını canlandırır.