13:16 “FC 25” 2v2 üzrə PS5 turniri ilk dəfə Bakıda! - FOTO  |     13:08 Prezidentdən Arif Babayevlə bağlı sərəncam  |     16:03 “Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO  |     16:00 Wings for Life World Run 2025: Azərbaycan dünyanın ən böyük qaçış tədbirinin bir hissəsi oldu - FOTO  |     14:00 Park Cinemada "Patrul: Sonuncu Əmr" filminin qala gecəsi keçirilib - FOTO  |     12:55 Bakıda “Wings for Life World Run – App Run Baku 2025” xeyriyyə qaçışı keçiriləcək - FOTO  |     19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |    

“CineMastercard”da “Qapı” Azərbaycan filminin Qala gecəsi keçirilib - FOTO/VİDEO


“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında kriminal və traqikomediya janrında olan “Qapı” Azərbaycan filminin Qala gecəsi keçirilib.

Tədbir böyük uğurla keçdi. Qonaqlar Qala gecənin baş qəhrəmanlarını isti qarşılayaraq onlara dəstək oldular. Anşlaq və tamaşaçıların coşqulu reaksiyası filmin zəfərini təsdiqlədi. Film izləyicilərdə güclü emosiyalar yaratdı və unudulmaz təəssüratlar bəxş etdi.

Oğurluq, yumor, gözlənilməz dönüşlər, maraqlı personajlar və bunların hamısı bir filmdə!

Quruluşçu rejissor və baş prodüser Vüsal Əhmədzadə, quruluşçu operator Orxan Məmmədov, ideya müəllifi Əlixan Rəcəbov. Ssenari müəllifləri: Vüsal Əhmədzadə, Emin Əfəndiyev və Əlixan Rəcəbov. Quruluşçu rəssam Elturan Məmmədov, bəstəkar Rüzgar Əhmədzadə, icraçı prodüser İbrahim Heydərov, montaj rejissoru və rəng korreksiyası İman İmanov.

Rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev, İlkin Xəlil və s.

Film haqqında qısa məlumat: İmkanlı iş adamının evində xadimə işləyən Vəfa özünə yeni həyat qurmaq üçün həmin evdən oğurluq etmək qərarına gəlir. Bu işdə bir ildən çox aliment ödəmədiyinə görə oğlunu görə bilməyən, artıq bu həyatdan bezən qardaşı Vidadiyə müraciət edərək kömək istəyir. Qardaşını razı salandan sonra bir neçə dəfə oğurluq üstündə həbsdə olan ögey xalası oğlu Cavada bu işdə əlbir olmaq təklif edirlər. Cavad və Vidadi oğurluq vaxtı qapını xarab edirlər və evdə qalırlar. Bundan sonra isə hadisələr daha da həyəcanla inkişaf edir.

Tədbirin təşkilində foto və video “Light in Black” kreativ şirkəti, “Hillside” premium şərabları və “Bonaqua” suları dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, “Qapı” filmi eksklüziv olaraq yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

 

 


[media=]


[media=]




Kino 12-10 14:33

Digər Xəbərlər