13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |     19:10 “KEP PARTİ” Park Cinemada möhtəşəm xüsusi nümayiş! - FOTO - VİDEO  |     12:30 Red Bull Qaçaqaç 2025 yarışının qalibləri artıq bəllidir - FOTO  |     21:00 Eylül Tumbar və Yiğit Koçak ilk dəfə Azərbaycanda! Böyük qala gecəsi̇! - VİDEO - FOTO  |     12:05 Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışına Qeydiyyat Başladı!  |     16:29 Yalnız CineMastercard-da türk komediyası “Kutsal Damacana 5: Zombi” - VİDEO  |     00:03 Bu gün 20 Yanvar faciəsindən 35 il ötür  |     16:05 Park Cinemada "Qanuni və Qeyri-Qanuni" filminin möhtəşəm Qala Gecəsi keçiriləcək  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     16:36 “CineMastercard”da ən çox gözlənilən “Karantina” türk filmi - VİDEO  |     18:26 Park Cinemada “Apatiya 2” filminin Qala Gecəsi  |     19:11 Fatma Mahmudova "Sənətkar" medalına layiq görüldü - FOTO  |     18:04 PARK CİNEMADA ƏFSANƏVİ “MUFASA: KRAL ŞİR” FİLMİNİN QAPALI NÜMAYİŞİ - FOTO  |     14:20 “CineMastercard”da “Evdə qalmış 2” komediyasının qala gecəsi keçirilib - VİDEO - FOTO  |     17:35 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə AIESEC Azərbaycanın təşkilatçılığı altında 11-ci Youth Speak Forum keçirildi - FOTO  |     16:43 ZABİT SƏMƏDOV İLƏ PARK CINEMADA “AZƏRBAYCAN ATABƏYLƏRİ” FİLMİNİN İMZA GÜNÜ!  |     18:03 “Evdə Qalmış” öz ikinci hissəsi ilə Park Cinemaya qayıdır! - VİDEO  |     17:11 "PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!  |     20:14 Park Cinema bonus kart sahiblərinə vacib xəbər!  |     18:11 PARK CİNEMADA möcüzəvi “MOANA 2” animasiya filminin qapalı nümayişi - FOTOlar  |    

“CineMastercard”da Azərbaycan dilində dublyaj olunan “Paddinqton 3” komediyası - VİDEO - FOTOlar


"Dəniz Mall" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında Azərbaycan dilində dublyaj olunan "Paddinqton 3" ailə komediyasının təqdimatı keçirilib.
 
Magazinews.Az xəbər verir ki, tərəfdaşların təşəbbüsü ilə "Cinema Distribution", "CineMastercard" kinoteatrı və layihənin müəllif hüquqları sahibi olan VOLGA şirkətinin dəstəyi ilə film Azərbaycan tamaşaçıları üçün peşəkar dublyajı olunub.
 
Filmi Azərbaycan dilində Murad Dadaşov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Nəcibə Hüseynova, Ofeliya Novruzqızı, Vüqar Hüseynov, Vüsal Murtuzəliyev, Məsmə Aslanqızı, Nöfəl Şahmaroğlu, İrana Kərimova, Səid Məmmədov, Sevda Biyik, və Məmmədabağır Eyvazov səsləndirib.
 
Dublyajın rejissoru Vüqar Hüseynov, prodüser və səs rejissoru Teymur Kərimov, tərcüməsi isə Aytən Nəsirliyə məxsusdur.
 
Tədbirin təşkilində "VOLGA" kino şirkəti, Cinema Distribution, Brand Media Groups, "MADO" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "7 Gül" gül butikindən dekorasiya, "Pon-Pushka" ponçikləri, Animator.az və Magic Face Art dəstək göstərib.
 
Qeyd edək ki, ekran işi "StudioCanal"ın istehsal etdiyi və britaniyalı yazıçı Maykl Bondun beynəlxalq bestseller uşaq kitabları seriyası əsasında debütant Duqal Uilsonun rejissorluğu ilə çəkilmiş filmdir. Filmdə baş rolları "Oskar" mükafatçısı Oliviya Kolman, "Oskar" namizədi Antonio Banderas, BAFTA premiyasına namizədi Emili Mortimer və Karla Tous canlandırıb.
 
Məzmuna gəlincə, filmdə Paddinqton və Braun ailəsi ayı balasının vətəninə Peruya yola düşüb. Lakin yerindəcə məlum olur ki, Lüsi müəmmalı səbəbdən özü səyahətə çıxıb. İndi bütün ailə geniş Amazonun çayları, meşələri və dağ zirvələri ilə onun ardınca maraqlı bir macəraya başlayır. Film əvvəlki hissələrdən fərqlənir. Əvvəllər hadisələr Paddinqtonun evinə çevrilən Braun ailəsinin Londondakı evindən başlayırdı. Amma indi isə hər şey başqadır. Braunlar vəhşi təbiətə naməlumlara doğru gedir. Bu səyahət zamanı personajların hər biri özləri və ailədəki yeri haqqında yeni bir şey başa düşürlər. Sınaqlar onların birləşməsinə kömək edir.
 
"Paddinqton 3" filmi sabahdan etibarən "CineMastercard"da nümayiş olunacaq. 


[media=]


[media=]




Kino 27-11 16:10

Digər Xəbərlər