“Əcəb premyera” - “Park Cinema”da qapalı nümayişdə ulduz qonaqlar

27-06-2019, 16:29
A+
A-

"Əlbəttə, Şarliz Teron real həyatında heç vaxt ABŞ Prezidentliyi uğrunda mübarizə apara bilməzdi. Səbəb sadədir: o, bu möhtəşəm ölkədə doğulmadığı üçün, qanunvericilik bu ölkənin hüdudlarından kənarda doğulanları ən yüksək dövlət postuna iddialı olmaqdan məhrum edir.
Bununla belə, bu amil, “Əcəb cütlük” filmində baş rolu ifa etmiş 150 minlik Cənubi Afrika şəhərci Benoninin yetirməsini çətin ki, narahat etsin. Onunla birlikdə cütlüyü təşkil edən qəhrəmanın uşaqlıq dostu və jurnalist rolunu ifa etmiş Set Roqendir. “Mümkün olmayan mümkündür” filmin sloqanı belədir və bununla razılaşmamaq çətindir".

“Əcəb cütlük” filminin təqdimatı “Addım” gənclər təşkilatı ilə birgə keçirilib. Park Cinema kinoteatrındakı qapalı nümayiş əsl ulduz yağışı idi. Xalq artisti Flora Kərimovanı, İctimai Televiziyanın baş direktoru, “Nə? Harada? Nə vaxt?” verilişinin aparıcısı Balaş Qasımovu, aparıcı Hüsniyyə Məhərrəmovanı, həmçinin məşhur bloqerlər, aktyorlar, rejissorlar, ictimai xadimlər və jurnalistləri burada görmək mümkün idi.

«Bizim qapalı nümayişlərimiz isti ailə mühitində keçir. Məncə bu, “Park Cinema”da keçən hər bir tədbiri təşkil edən əsas amildir” – şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev belə deyib. – Ümid edirəm ki, tamaşaçılar artıq bu gün ümumi yayıma çıxacaq filmdən zövq alacaqlar». Onun sözlərinə görə “Park Cinema”-da yay çox səmərəli keçəcək. “Adətən yay kino mühitindəki hadisələr baxımından həddindən artıq zəngin hadisələrlə yadda qalmır, amma bu yay istisna olacaq. Bu gün məsələn biz “Qisasçılar: Final”-ın geniş versiyasının nümayişinə başlamışıq. İyulda bizi “Hörümçək-adam: evdən uzaq” və “Kral şir”, avqustda yeni “Forsaj” və Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmləri gözləyir. Bəli, biz başa düşürük ki, çimərlik Bakı sakinlərinin əksəriyyəti və paytaxtımızın qonaqları üçün yay tətilinin keçirilməsi baxımından ən sevimli yer hesab olunur, amma məhz onlara xatırladırıq ki, bizdə “Park Cinema Zagulba Mall” fəaliyyət göstərir. Bundan başqa, yalnız bizim şəbəklədə onlar top filmləri IMAX formatında izləyə bilərlər”. - o qeyd edib.

O həmçinin qeyd edib ki, ən yaxın vaxtlardada Park Cinema sosial şəbəkələri izləyənlər üçün sürpriz hazırlayır: “Buna görə də kim izləmirsə, abunə olmağın əsl vaxtıdır”.

VİDEO: www.facebook.com/watch/?v=2122087268083845