19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |    

CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO


Dəniz Mall ticarət mərkəzində yerləşən "CineMastercard" kinoteatrında 6 mart 19:00-da hər kəsin çox sevdiyi "Dayı: Bir Adamın Hikayesi 2" türk filminin ulduzu Ufuk Bayraktar ilə görüşü baş tutacaq.

2022-ci ildə ekranlara çıxan "Dayı" filminin birinci hissəsi rəngarəng personajları və gözlənilməz süjet döngələri sayəsində tamaşaçıların böyük marağına səbəb olub. Uşaqlıqdan ədalət hissi ilə nadinc olan Cevahir İstanbula yollanır. Şəhər həyatının qəddar tərəfi ilə qarşılaşan o, quldurlara qarşı mübarizə aparmağa başlayır. Cinayətkarlara müqavimət göstərə bilməyən Cevahir özü də kriminal aləmin bir hissəsinə çevrilir, hörmət qazanır, həm də özünə təhlükəli düşmənlər qazanır.

İkinci hissədə yeni çətinliklərin öhdəsindən gələrək, daha da zirvələrə yüksələn, daha da çətin seçimlər və rəqiblərlə qarşılaşan, lakin prinsiplərinə inamını itirməyən Cevahirin həyatından bəhs edilir.

Filmin rejissoru Uğur Bayraktar, baş rollarda Ufuk Bayraktar, Yıldıray Şahinler, Cem Özer, Reha Özcan və Kadir Toprak çəkilib.

Qala gecəsinə biletlər artıq satışdadır! Sizi biganə qoymayacaq hekayənin davamını görmək şansını qaçırmayın!

"CineMastercard" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.



[media=]


Kino 04-03 19:23

Digər Xəbərlər