19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |    

“Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib


"Tağıyev. Neft" filmini artıq 70 mindən çox tamaşaçı izləyib.

Magazinews.Az xəbər verir ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Aprelin əvvəlindən "CineMastercard" premium kinoteatrlar şəbəkəsində dörd hissədən ibarət "Tağıyev" tarixi filminin çoxdan gözlənilən ikinci hissəsinin - "Tağıyev. Çar"ın nümayişi başlayacaq.

Qeyd edək ki, film cəmiyyətin inkişafında, milli dəyərlərin təbliğində mühüm xidmətləri olan, adını ölkə salnaməsinə həkk etmiş böyük xeyriyyəçinin vəfatının 100 illiyinə özəl çəkilib.

Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Filmin məzmununa gəlincə, 1888-ci ilin payızında Bakı Zati-aliləri İmperator III Aleksandrın səfərinə hazırlaşır. Milyonçu və Bakı Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə nüfuz və status uğrunda mübarizə aparır. Şəhər rəisi Orlovski öz vəzifəsindən istifadə edərək intihar etmiş Təymurbəyovun neft sahəsini ələ keçirmək istəyir. Bu arada Hacının böyük oğlu İsmayıl generalın qızı Nurcahan Arablinskaya ilə tanış olur və onunla evlənmək niyyətindədir.



Kino 19-03 14:30

Digər Xəbərlər