15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |    

“4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar


3 apreldən bütün kinotaetrlarda yayımlanacaq "4 TƏKƏR" filminin "Park Cinema Flame Towers"də  möhtəşəm təqdimatı oldu.

Təqdimatda millət vəkili, kinoşunaslar, rəsmi nümayəndələr, media və məhşur simalar iştrak etdi. Filmin təqdimatında izdiham yaşandı. Təqdimatın olacağından xəbər tutan bir çox sakinlər axın etdilər. Açılış zamanı filmin yaradıcı və aktyor heyyəti ilə tanış olduqdan sonra filmi izlədilər. Kinoteatrın iki zalıda dolduğundan, izləyicilərin bir qismi filmi ayaq üstə izlədilər. Filmin nümayişi zamanı "1 aprel gülüş" günündə izləyicilər doyunca güldür. Komediya janırında olan bu filmin həm həyacanlı, həm dramatik səhnələri olduğundan izləyicilərin marağına səbəb olub. Qonaqlar filmi izlədikdən sonra film haqqında müsbət fikirlərini bildirdilər.
Filmin quruluşçu rejissoru və baş prodüseri Amil Ali, ssenari müəllifləri Məcid Hüseyinov və Tərlan Nur Yaşar, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssam Elnarə Səfəroğlu, montaj rejissoru Firdovsi A. Nəbiyev, bəstəkarı isə Behzad Məlikzadə, icraçı pradüserlər Fəqan Bayramov və Sərxan Mustafayev, səs rejissoru Toğrul Səfərovdur. Onlar birgə çalışaraq, tamaşaçılara vizual və musiqi baxımından zəngin bir təcrübə təqdim ediblər.

Film heyətində Məcid Hüseyinov, Tərlan Nur Yaşar, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Ramil Abdullayev, Ceyhun Məmmədov, Şəbnəm Əliyeva, Midhət Aydın, Rövşən Kərimduxt və bir çox digər tanınmış aktyorlar rol alır. Hər biri, öz unikal obrazları ilə filmin atmosferini daha da zənginləşdirir və tamaşaçılara unudulmaz anlar yaşadır.

Sinopsis: Filmin əsas qəhrəmanı Xəqani, sevdiyi qız Nüşabənin ailəsinə məxsus olan qiymətli və klassik avtomobili təmir etmək üçün avtomobil servisinə aparır. Bu maşının, Nüşabənin atası Səlim üçün xüsusi və emosional bir dəyəri vardır, çünki bu, onun keçmişinin bir parçasıdır. Xəqani, Nüşabənin atası ilə əlaqələrinin gərgin olduğunu bildiyi üçün, Nüşabə avtomobili təmir etdirmək üçün ona pul yığıb verir və sürpriz etmək istəyir. Lakin, Xəqani bu fürsəti çox dəyərli sayır və hər şeyi səhv başa düşərək, bu maşını bir qumar oyununda uduzur.

Xəqaninin dostları, onun bu səhvini düzəltmək və avtomobili geri qaytarmaq üçün əl birləşdirirlər. Lakin qarşılarında çox sərt və hiyləgər bir adam dayanır: qumarxana sahibi Şahmar. Bu, onların qarşılaşdığı ilk böyük maneə olur. Lakin dörd dost, Xəqaniyə olan borcu tapmaq və onu geri qaytarmaq üçün əllərindən gələni edəcəklər. Bu yolda onlar bir çox çətin anlarla üzləşir, müxtəlif macəralara atılır və hər biri özünü sınayır. Çünki qarşılarında yalnız Şahmarın sərtliyi deyil, həm də öz daxili qorxuları və çətinlikləri ilə üzləşmələri lazım gələcək.





Kino 02-04 20:29

Digər Xəbərlər