19:23 Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb - FOTO  |     17:35 Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq  |     20:05 PARK CİNEMA-dan şok elan və "Çimıldık" filminin Qala gecəsi - FOTOlar  |     16:30 “CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO  |     12:15 CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO  |     20:29 “4 TƏKƏR” filminin "Park Cinema Flame Towers"də möhtəşəm təqdimatı oldu - FOTOlar  |     13:30 "4 Təkər" komediya janrında yeni film ekranlara gəlir - möhtəşəm təqdimata doğru - VİDEO - FOTO  |     09:45 "Həmişə böyük sözünə baxıb, ziyan görmüşəm" - Məşhur psixoloq - VİDEO  |     19:11 “AĞBƏNİZ” Park Cinemada - Möhtəşəm qapalı nümayiş! - VİDEO - FOTO  |     14:30 “Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib  |     20:21 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     19:05 Əsrarəngiz “Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da! - VİDEO  |     14:42 Xalq artisti Ənvər Həsənov dəfn edildi - YENİLƏNİB - FOTO  |     18:10 Park Cinemada Özbəkistan ulduzları ilə konsert və Qala Gecəsi keçiriləcək  |     08:54 Bəşir Səfəroğlunun 100 illiyi ilə əlaqədar məzarı ziyarət olunub - FOTO - VİDEO  |     11:45 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin Qala gecəsi keçirilib - FOTO - VİDEO  |     19:23 CineMastercard-da “Dayı: Bir Adamın Hikayesi 2” filminin ulduzu ilə görüş keçiriləcək - VİDEO  |     16:27 Türk romantik dramı “Aşk Sadece Bir An” - yalnız CineMastercard-da! - VİDEO  |     16:18 CineMastercard-da “Tur Rehberi” türk komediyası - VİDEO  |     13:23 CineMastercard-da Sevgililər Gününə özəl " Bridcit Cons. Oğlana heyran" filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO - FOTO  |    

CineMastercard-da «Minecraft kinoda» filminin premyeradan öncə nümayişi keçirildi - FOTO/VİDEO


"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CineMastercard" premium kinoteatrında eyniadlı kompüter oyunu əsasında hazırlanmış "Minecraft kinoda" macəra filminin premyeradan öncə nümayişi keçirilib. Film Warner Bros. Pictures və Legendary Pictures şirkətlərinin birgə layihəsidi.

Rejissor Cared Hessdir.
Aktyorlar: Ceyson Momoa, Cek Blek, Emma Mayers, Daniel Bruks, Sebastyan Yucin Hansen, Cenifer Kulic.

Yeni film isveçli proqramçı Markus Perssonun yaratdığı Minecraft kompüter oyununun ilk adaptasiyasıdır. Persson 2009-cu ildə layihə üzərində işləməyə başlayıb və bir il sonra ilk inkişafları təqdim edib. Oyun rəsmi olaraq 2011-ci ilin noyabrında buraxıldı.

Film haqqında qısaca: Dörd autsayder sirli portal vasitəsilə qəribə, kubik möcüzələr ölkəsinə düşür. Qəhrəmanlar ölkədə məskunlaşan pis canlılarla qarşılaşmalı və evlərinə gedən yolu tapmalıdırlar. Sağ qalmaq üçün onlar malik olduqları bütün yaradıcı bacarıqlardan istifadə etməlidirlər.

Qapalı nümayişdə tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri ilə yanaşı, həm böyüklər, həm uşaqlar da daxil olmaqla müxtəlif yaşlı qonaqlar iştirak ediblər.

"Minecraft kinoda" filminin premyeradan oncə nümayişi oyun və kino həvəskarları üçün əsl bayram oldu. Maraqlı dekorasiya, oyun qəhrəmanının obrazı, tamaşaçıların rəğbətli rəyləri və tədbirin miqyası bu axşamı həqiqətən də unudulmaz etdi.

Tamaşaçıların "CineMastercard" kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə: rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin, "Minecraft kinoda" filmini ən son 4DX və ScreenX texnologiyaları ilə "CineMastercard" kinoteatrlarında izləmək olar.


[media=]


[media=]




Kino 07-04 12:15

Digər Xəbərlər