14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |    

“CineMastercard” Las Veqasda “CinemaCon” konfransında təmsil olundu - FOTO


"CineMastercard" Las-Veqasda kino istehsalı, distribusiya və texnologiyası sahəsində peşəkarlar üçün keçirilən kino sənayesinə həsr olunmuş illik "CinemaCon" konfransında Azərbaycanı təmsil etdi.

2011-ci ildə təsis olunduğu gündən bəri "CinemaCon" əhəmiyyətli dərəcədə inkişaf edərək və genişlənərək qlobal kino sənayesi üçün ən böyük və ən vacib tədbirə çevrilmişdir. "CinemaCon" həqiqətən beynəlxalq miqyasda keçirilir və 80-dən çox ölkədən iştirakçıları cəlb etməklə onun önəmini və əhəmiyyətini bir daha vurğulayır.

Tədbirdə ən böyük Hollivud studiyaları, rejissorlar, aktyorlar, prodüserlər və kino ilə bağlı digər sahələrin nümayəndələri bir araya gəldi. Həmçinin film təqdimatları, texnologiya sərgiləri və kino sənayesində gələcək tendensiyaları müzakirə etmək üçün görüşlər keçirilib.
Konfransda "CineMastercard" (CinemaPlus MMC) kinoteatrlar şəbəkəsinin direktoru Murat Camcı və Müşahidə Şurasının sədri Zaur Darabzadə iştirak ediblər. Onlar növbəti mövsümdə nümayiş olunacaq filmlər üçün dünyanın öndə gedən film studiyaları ilə strateji əməkdaşlıq müqavilələri imzalayıblar. Həmin şirkətlər arasında Universal Pictures, Sony Pictures, The Walt Disney Company, Paramount Pictures və Warner Bros. studiyaları da yer alır. Bundan əlavə, nümayəndələr kinoteatrlar üçün nəzərdə tutulmuş ən son texnologiyalarla, yeniliklərlə, innovativ həllərlə tanış olub və onları təqdim edən şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçiriblər.
Konfrans zamanı Murat Camcı və Zaur Darabzadə kinonun inkişaf strategiyaları, yeni texnoloji tendensiyalar, innovativ həllər və nailiyyətləri müzakirə ediblər.
Kinoteatr qlobal kino sənayesində lider mövqeyini əldə etməyə çalışır, yenilikləri davamlı şəkildə tətbiq edərək tamaşaçılarına hər zaman ən yüksək keyfiyyəti təqdim etməyi hədəfləyir.

Daim yeni texnologiya və innovasiyalara olan yanaşması ilə "CineMastercard" Azərbaycan kino sənayesində bir lider kimi mövqeyini gücləndirməyi planlaşdırır. 





Kino 09-04 16:30

Digər Xəbərlər