13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |     16:05 CineMastercard-da “Tron: Ares” filminin nümayişi keçirildi - VİDEO - FOTOlar  |     14:36 Əminə Yusifqızı vəfat etdi  |     13:52 "CineMastercard"da Ümumdünya Kosmos Həftəsi çərçivəsində"Kosmik Filmlər Festivalı" keçiriləcək  |     09:30 “Formula 1”də evlilik təklifi - VİDEO  |     12:30 İlk dəfə efirdə birgə görüntüləndilər: ərindən xanəndəyə sevgi dolu SÖZLƏR - VİDEO  |     20:25 Ərindən boşandı - aylığı 20 min dollarlıq kirayə evdə qalacaq - FOTO  |     20:43 Aygün Kazımovanın qızı İlqarə ƏRƏ GEDİR?  |     13:00 Avropada çəkilmiş ilk tammetrajlı Azərbaycan filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     12:15 “CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu - FOTO/VİDEO  |     12:08 Red Bull Half Court Azerbaijan 2025: Basketbol coşqusu Bakını fəth edəcək!  |     21:05 Aysunun səhnə geyimi müzakirələr yaratdı - VİDEO  |    

Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub - FOTO/VİDEO


“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə “Formula 1” idman dramının premyeradan öncə nümayişi keçirilib.

Magazinews xəbər verir ki, filmin rejissoru “Top Qan: Meverik” və “Cəsurlar işi” kimi işləri ilə tanınan Cozef Kosinskidir. Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris və Xavyer Bardem canlandırıblar. Filmdə həmçinin hazırda yarışan Formula 1 pilotları da iştirak ediblər. Layihənin prodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.

Çəkilişlər 2023-cü ildə başlayıb və real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər də daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb. Uydurma APXGP komandası öz pit stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdirilib. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.

Filmin süjeti APXGP komandası ətrafında qurulub. Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanəvi pilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdır ki, komandanın ikinci pilotu və gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.

Gecə “Formula-1” filminin birgə izlənməsi ilə yekunlaşdı.

Tamaşaçılar ilin ən çox gözlənilən filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində izləyə biləcəklər. Həmçinin “CineMastercard” kinoteatrı “Formula 1” filmini ən son texnologiyalar olan 4DX və ScreenX formatlarında izləmə imkanını təqdim edir.



[media=]





Kino 27-06 11:00

Digər Xəbərlər