09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

Will Smithin "Klon"u ilə yaşadıqları - VIDEO


Ötən gün "Park Bulvar AVM"də yerləşən Park Cinema kinoteatrında “Gemini” filminin xüsusi nümayişi olub.

Magazinews.Az xəbər verir ki, rejissor Ang Leenin fantastik-döyüş səhnələri ilə bol olan triller filmində əsas rolu dünya şöhrətli aktyor Uill Smith canlandırıb. Filmdə iki obrazı canlandıran Smith  həm özünü, həm də öz əkizini oynayıb.

Bundan başqa, Meri Elizabeth Winstead, Clive Owen və Benedict Wong da filmdə obrazlara həyat verən digər isimlərdir.

Təqdimat gecəsi rəngarəng görüntülərə şahid olub. Qonaqlar üçün Dj-in iştirakı ilə musiqi, əyləncə, furşet təşkil edilib. Tədbir iştirakçıları filmin posteri qarşısında bolluca şəkillər çəkdiriblər. Gecəyə bir çox tanınmış sənət nümayəndələri – modellər, aktyorlar, jurnalistlər və bloqerlər qatılıb.

Bəhs etdiyimiz filmin çəkilişləri 2018-ci ilin fevral-may ayları arasında baş tutub.

Ekran işi 1 Oktyabr 2019-cu il tarixində “Zürix Film Festival”da iştirak edib. 11 oktyabrda isə “Paramount Pictures” tərəfindən ABŞ-da teatral olaraq təqdim ediləcək.

"Gemini man" filminin mövzusuna gəlincə isə snayperçi olan əsas qəhrəman özünün 30 yaş əvvəlki halı ilə üzləşərək şoka düşür. Onu öldürmək üçün göndərilən qatillə yaşam mübarizəsi verir. ABŞ "Gemini" layihəsi ilə vətəndaşlarının mənafeyi naminə hissiyatsız-ağrısız ölümsüz insanlar klonlaşdırmağı planlayır. Qəhrəmanımız isə bunu doğru hesab etmir və bunun qarşısını almaq üçün mübarizə aparır.

 
Sözügedən film ümumiyyətlə, tənqidçilərdən mənfi rəylər aldı. Ancaq aktyorların ifaları və vizual effektləri tərifləyənlər bol oldu. Xüsusi ilə, peşəkar operator işini qeyd edə bilərik. İzləyicilərin aktyor Smith-in yaşlanmasına müxtəlif reaksiyaları diqqət çəkdi.

Ümumilikdə götürsək, film tamaşaçını başdan-sona qədər ekran qarşısına kilitləyir və darıxmağa qoymur. Fantastik döyüş səhnələrini və sürəti sevən tamaşaçılar filmi qaçırmasalar məsləhətdir.

Qeyd edək ki, ekran işinə Park Cinema Kinoteatrlar şəbəkələrində baxa bilərsiniz.

























Kino / Manşet 10-10 15:39

Digər Xəbərlər