Azərbaycanda triller janrında çəkilən ilk film “Aporia” təqdim edildi

23-11-2019, 11:26
A+
A-

Daha bir yerli qorxu filmi izləyicilərin ixtiyarına verilib.

Magazinews.Az xəbər verir ki, İmax Park Cinema Kinoteatrnda ötən gün baş tutan qala gecədə filmin yaradıcı heyəti və tanınmış incəsənət nümayəndələri qonaq qismində yer alıb. Onların sırasında müğənnilər Roza Zərgərli, Yaşar Yusub, prodüser Təranə Səmədova, aparıcı Cavid Gül, aktyorlar Oksana Rəsulova, Şəhriyar Əbilov və başqaları olub.

Filmdə əsas rolları aktyorlar Pərviz İsmayılov, Aysel Yusubova və Mübariz Səmədov canlandırıb. Aktyorlar əsasən, dram və xalq teatrlarından seçiliblər.

İlk olaraq, ekran işinin rejissoru Rəvan Cabbarov jurnalistlərin ona ünvanladığı sualları cavablandırıb.
Daha sonra filmin əsas qəhrəmanları qırmızı xalıdan keçid alıblar.

Ekran işinin rejissoru isə çəkdiyi filmindən ürək dolusu danışıb:

“Azərbaycanda triller janrında çəkilən ilk filmdir ki, dünyaya çıxıb. Çəkilişlərimiz Şəki dağlarında baş tutub. Qorxu səhnələrimiz boldur. İlk olaraq İstanbulda, daha sonra Avropada təqdim etdik. Filmi Türkiyə bazarı üçün işlədik. Türkiyə, Avropa və Amerikada yayımlanır.
Bu gün isə öz doğma ölkəmizdə təqdimatımızı keçirdirik. Azərbaycanda ilk Şəkidə təqdim etdik. Filmimizdə tanınmayan simalara yer ayırmışıq. Bacarıqlı insanlara şərait yaratmaq istədim. Azərbaycanda istedadlı insanlar çoxdur”.

Xarici ölkələrdə təqdimata gələn məşhur sənət nümayəndələri filmi çox bəyəndiklərini, təsir altında qaldıqlarını söyləyiblər.  

Sözügedən filmdə Hollywood filmlərində olan səhnələrə rast gəlmək olar. Ekran işində aktyor oyunu və operastor işi xüsusi nəzərə çarpır. 

Qeyd edək ki, film hazırda Avropa və Amerikada yayımlanır. 22 noyabr tarixindən etibarən, Azərbaycanın bütün kinoteatrlarında baxmaq mümkündür.


Tural Hüseyn
Magazinews.Az