“Soyuq ürək 2” cizgi filmi nümayiş edildi

30-11-2019, 10:02
A+
A-

Park Bulvar AVM-də yerləşən Park Cinema kinoteatrnda Disney istehsalı olan “Soyuq ürək 2” cizgi filminin xüsusi nümayişi keçirilib.

Magazinews.Az xəbər verir ki, kinoteatr bu dəfə də qonaqlar üçün möhtəşəm ab-hava yaratmağı bacarmışdı. Təqdimata media nümayəndələri, bloggerlər, “Ümid Yeri Uşaq Evi”nin balaca sakinləri dəvət olunmuşdu.

Qonaqlar üçün furşet, balacalar üçün təşkil edilmiş şounun onların üzündə təbəssüm yaratdı. Təqdimat öncəsi Park Cinemada uşaqlar üçün nəzərdə tutulmuş “Kids Hall”un açılışı oldu.

Cizgi filminin əsas personajları Anna və Elzanın uşaqlarla görüşə gəlməsi ayrı sevincə səbəb oldu. Balacalar qəhrəmanlarla bolluca şəkillər çəkdirdilər. Məkanda uşaqlar üçün əsl bayram ab-havası hökm sürürdü.

Cizgi filminin mövzusuna gəlincə isə iki şahzadə, maral və bir qar adamının sərgüzəştləri balacalara xoş anlar bəxş edir. Qəhramanlar Elsa və Annanı bir-birindən maraqlı macəralar gözləyir. Bu yolda onlarla bərabər Kristof, maral Sven və pozitivliyi ilə seçilən qar adamı Olaf yol alır.

Ekran işinin müəllifləri - Jennifer Li, Chris Buck, Marc Smith-dir. Onların ərsəyə gətirdiyi iş artıq 350 milyon dollardan çox gəlir gətirib. Animasiyası işi izləyənlər tərəfindən xüsusi rəğbət qazanıb.

Nəzərinizə çatdıraq ki, cizgi filmi Park Cinema kinoteatrlar şəbəkəsində nümayişdədir.