“Eşkiya dünyaya Hükümdar olmaz”ın qəhrəmanları Nizami Kino Mərkəzinə gəldilər - FOTO/VIDEO

27-12-2019, 13:47
A+
A-

Ötən gün Türkiyənin məşhur “Eşkiya dünyaya Hükümdar olmaz” serialının aktyorları paytaxt Bakının qonağı olublar. 

Magazinews.Az xəbər verir ki, məşhurların paytaxtda gəlmə səbəbi çəkildikləri filmin qala gecəsi olub. 

Belə ki, onlar rejissoru Onur Tanın olduğu komediya janrında çəkilən “Aman reis duymasın” filminin qala gecəsinə qatılıblar. Ekran işinin digər məşhur simaları Oktay Kaynarca və Mustafa Üstündağ  özəl səbəblərdən gələ bilməyiblər.

Aktyorlar müsahibələrində Bakıya heyran olduqlarını, Azərbaycan musiqisini çox sevdiklərini bildiriblər. 

Daha sonra böyük coşqu ilə qarşılanan aktyorlar tamaşaçılarla birgə filmi seyr ediblər və pərəstişkarları ilə fotolar çəkdiriblər.  

Qeyd edək ki, ekran işində əsas rolları Ozan Akbaba (İlyas Çakırbeyli), Mustafa Üstündağ (Boran), Emir Benderlioğlu (Behzat), Ceren Benderlioğlu (Ömür), Hakan Karsak (Enişte), Sevinç Gürşen Kıratlı (Hatice), Sevil Akı (Emine), Ömer Kurt (Zefer), Tevfik Erman Kutlu (Tekin) canlandırıb.

Filmin mövzusuna gəlincə isə qəhrəmanların istirahət üçün tətilinə çıxmaqlarından, kiçik qəsəbəyə gələr gəlməz başlarına gələn inanılmaz hadisələrdən bəhs edir. Ən böyük qorxuları isə liderləri Hızır Çakırbeylinin (Oktay Kaynarça) bu olanlardan xəbər tutmasıdır.
 
Xatırladaq ki, Nizami Kino Mərkəzində təqdim olunan filmlər barədə ən son məlumatları mərkəzin facebook və instagram səhifəsindən öyrənə bilərsiniz: (https://www.facebook.com/NizamiCinema?rf=hl)


Tural Hüseyn