13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

“CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı



15 dekabrda “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Azərbaycan dilinə dublyaj olunmuş “Stiçhed. Şirin Xoxan” animasiya filminin nümayişi ilə rəngarəng Yeni il festivalı keçirilib.

Filmin səsləndirilməsi üçün tanınmış aktyorlar və bloqerlər dəvət olunub: Nofəl Şahlaroğlu, Cəmil Məmmədli, Emil Musayev, Lalə Süleymanova, Erkin Ergin, Nəcibə Hüseynova, Səid Məmmədov, Sevda Bıyık və başqaları. Layihənin rəhbəri və səs rejissoru – Teymur Kərimov, dublyaj və adaptasiya rejissoru isə Vüqar Hüseynovdur.

Qonaqları zəngin əyləncə proqramı gözləyirdi: Yeni il geyimli personajlar, kloun Aquşanın şou proqramı, uşaqlar üçün bayram akvaqrimi ilə Face Art, müxtəlif yeni il şirniyyatları, eləcə də filmin əsas qəhrəmanı — mehriban Stiçhed, balaca tamaşaçıları şəxsən qarşılayaraq bayramı unudulmaz etdi.

Tədbirin təşkilinə dəstək göstərən tərəfdaşlar: Cinema Distribution, Brand Media Groups, “MADO restoranı, foto və video çəkiliş - “Light in Black” kreativ şirkəti, “Hellofox” event agentliyinin animatorları, “Bakery Street” kulinariyası, “Amigos Joy” şirkəti, Magic Face Art və Bonaqua.

Animasiya filmin süjeti: Sakit qəsəbənin üzərində ucalan qalanın qülləsində dəli professor qorxunc varlıqlar yaradır, lakin onlara çox tez marağını itirir. Yeni yaranan məxluqların qayğısı isə Stiçhedin üzərinə düşür. O, professorun ilk əsəridir – qaladakı canlıların mehriban qoruyucusu və sadiq keşikçisidir. Yalnız o, ən vəhşi instinktli məxluqları belə sakitləşdirə bilir. Lakin bir gün qonşu şəhərə səyyar sirk gəlir və publikanı əyləndirmək üçün varlıqlar axtaran hiyləgər direktor Stiçhedi aldadaraq onu doğma qaladan uzaqlaşdırır. O, ona şöhrət, sərvət və hətta sevgi vəd edir.

Azərbaycanca dublyajın premyerası uşaqların və valideynlərin böyük marağına səbəb oldu və filmi yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində izləmək mümkündür.


[media=]


[media=]






Kino 15-12 12:45

Digər Xəbərlər