Birinci dünya müharibəsinin atmosferi “Park Cinema”da!

30-01-2020, 16:10
A+
A-

“Park Cinema” kinoteatrlar şəbəkəsi 2020-ci ilin tədbirlərinə start verib.

İlk olaraq Flame Towersda yerləşən Park Cinema İmax Kinoteatrında Sem Mendesin “1917” filminin qapalı nümayişi keçirilib.

Magazinews.Az xəbər verir ki, Park Cinema kinoteatrının kinoteatr bu dəfə də qonaqlar üçün möhtəşəm ab-hava yaratmağı bacarmışdı. “Amapola Events” şirkəti ilə birgə keçirilmiş tədbirdə birinci dünya müharibəsinin atmosferi canlandırılmışdı. Kinoteatrın foyesi filmdəki döyüş səhnələrinə uyğun dekorasiyalar ilə bəzədilmişdi.

Təqdimat gecəsinə media nümayəndələri, bir çox tanınmış sənət nümayəndələri, aktyorlar və bloqerlər dəvət edilmişdi.

Gecənin qonaqları dekorasiyalar önündə fotolar çəkdiriblər. 

Nümayiş öncəsi qonaqlar üçün Dj-in iştirakı ilə musiqi, furşet və içkilər təşkil edilmişdi.

“Qızıl Qlobus-2020” mükafatının “Ən yaxşı drama filmi” və “Ən yaxşı rejissor” nominasiyalarında qalib gələn bəhs etdiyimiz film, birinci dünya müharibəsi mövzusunu əhatə edir. “1917” iki əsas nominasiyada qələbə qazana bilib və “Oskara” əsas namizəd sayılır.

Rejissorunun Sem Mendesin (“Skayfoll”, “Amerikansayağı gözəllik”, “Dəhşətli nağıllar”)  olduğu filmdə əsas rolları Din-Çarlz Çepmen (“Kişi ol”, “Sərnişin”, “Kral”) və Corc Makkey (“Çağırış”, “Oğlanlar qayıdır”, “Kapitan Fantastik”) canlandırıb.  Bundan əlavə, ulduzlardan ibarət aktyor heyətində Kolin Fert, polkovnik Makkenzinin rolunu Benedikt Kamberbetç, Deniel Meys və Endryu Skott digər obrazlara həyat veriblər. 

Filmin mövzusuna gəlincə isə Britaniya ordusu Hindeburqun xəttinə hücum etməyə planlaşdırır. İki əsgər, kiçik kapral Bleyk və kiçik kapral Skofild cəbhə xəttinə hücumun ləğvi haqqında göstərişi çatdırmalıdırlar. filmin baş qəhrəmanları cəbhəyə təcili bir məktub çatdırmalıdır. Çatdıra bilməsələr, 1600 əsgər düşmən tərəfindən əhatəyə alınacaq. Bleyk üçün bu tapşırıq xüsusi və şəxsi önəm daşıyır, çünki həmin batalyonda onun doğma qardaşı qulluq edir.

Daha sonra şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev və Marketinq direktoru Amil Hacıyevin ənənəvi çıxışından sonra film nümayiş olunub.

Nəzərinizə çatdıraq ki, tamaşaçılar sözügedən filmə IMAX formatında yalnızca “Park Cinema”da izləyə bilərlər. Azərbaycan tamaşaçıları bu filmə IMAX formatında ancaq “Park Cinema Flame Towers”də baxa bilər.

Təqdimat gecəsindən olan fotoları təqdim edirik:


Tural Hüseyn
Magazinews.Az