19:53 "Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi  |     21:13 “Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə  |     14:12 CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)  |     22:05 “Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib  |     20:11 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib  |     10:53 Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” meydana çıxır  |     18:24 CineMastercard-da Meryem Uzerli ilə «İmroz’da Bahar» filmin təqdimatı keçirilib - Foto-Video  |     16:33 Bakıda möhtəşəm “Ailə və Toy Sərgisi 2026” keçiriləcək – Ziyarətçiləri böyük hədiyyələr, meqa endirimlər və möhtəşəm sürprizlər gözləyir!  |     11:01 "Qarabağ" - "Turan Tovuz" matçının təyinatları açıqlanıb  |     16:33 AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)  |     11:01 “Qarabağ” 11 ildən sonra ardıcıl üç oyunda heç-heçə edib  |     10:25 "Neftçi" əsrin rekorduna imza atıb  |     21:33 "Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək  |     09:11 Azərbaycan Premyer Liqası: X turun son oyununda "Sumqayıt" "Şəfa"ya qarşı  |     23:33 RED BULL WINGS CUP AZƏRBAYCAN ÇEMPİONU BƏLLİ OLDU: MAYAMİYƏ GEDƏN YOLUN QALİBİ MÜƏYYƏNLƏŞDİ! - Foto  |     19:33 "Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib  |     10:13 RED BULL WINGS CUP AZƏRBAYCAN MİLLİ FİNALINDA 16 OYUNÇU MAYAMİYƏ VƏSİQƏ UĞRUNDA YARIŞACAQ  |     19:35 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib  |     09:10 "Turan Tovuz" "Sabah"la qarşılaşır  |     11:15 Azərbaycan Premyer Liqası: "Qarabağ", "Sabah" və "Neftçi"nin oyunlarına təyinatlar açıqlanıb  |    

Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO


Yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində 8 yanvar tarixindən etibarən tamaşaçıların böyük rəğbətini qazanmış macəra franşizasının davamı olan Türkiyə istehsalı ailəvi film "Kardeş Takımı 3" filminin nümayişinə start verilib.

Üçüncü hissədə komanda daha da böyüyür və sirli zaman səyahətinə çıxır. Həyəcanlı süjet qəhrəmanları müxtəlif tarixi dövrlərə aparır; onları gözlənilməz sınaqlar, təhlükələr və maraqlı kəşflər qarşılayır. Hekayə keçmişlə gələcəyi birləşdirərək süjetə sirr və yumor elementləri əlavə edir.

Autentik dekorasiyalar və tarixi kostyumlar tamaşaçıların dövrlərin ruhunu daha dərindən hiss etməsinə imkan yaradır. Əvvəlki hissələrdə olduğu kimi, "Kardeş Takımı 3" komandada əməkdaşlıq, cəsarət və möhkəm ailə bağları kimi dəyərləri yüngül, əyləncəli və komedik üslubda təqdim edir.

Filmin rejissoru Bedran Güzeldir.
Baş rollarda: Ceyda Kasabalı, Fırat Albayram, Çağan Efe Ak və digərləri çəkilib.

"Kardeş Takımı 3" - fantaziya və xoş yumoru bir araya gətirən, bütün ailə üçün parlaq və yaddaqalan macəradır.


[media=]



Kino 08-01 17:35

Digər Xəbərlər