14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |     11:55 "Park cinema"da ilk dəfə 2x qala gecəsi: “Səkkiz” - FOTOlar  |     17:35 Türk ailəvi film “Kardeş Takımı 3” - eksklüziv olaraq CineMastercard-da! - VİDEO  |     19:15 “Miss & Mister Azərbaycan 2025” Milli Gözəllik Müsabiqəsinin möhtəşəm Finalı baş tutacaq  |     12:45 “CineMastercard”da Yeni il festivalında “Stiçhed. Şirin Xoxan” animasiyasının azərbaycanca dublyajı  |     22:10 “CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub - FOTO/VİDEO  |     13:50 “CineMastercard”da türk komediyası “Yan Yana” - VİDEO  |     09:00 Məktəblilər arasında “Şəhidim - Qəhrəmanım” inşa müsabiqəsi keçiriləcək  |     13:15 “CineMastercard”da eksklüziv olaraq “Bi Umut” təsirli dramın nümayişi baş tutacaq  |     15:35 “Hozu Xan” filminin Qala Gecəsi keçirildi – FOTO  |     13:45 “CineMastercard”da türk romantik komediyası “Gelin Takımı 2” - VİDEO  |     22:45 “4 TƏKƏR” filminin imza günündə izdiham yaşandı – FOTO/VİDEO  |     18:34 “CineMastercard”da tarixi dram “Mevlana Mest-i Aşk” - VİDEO  |     12:05 3 milyonluq çantası ilə diqqət çəkdi - FOTOlar  |     10:06 Xalq artisti Ramiz Quliyev VƏFAT ETDİ  |    

“CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO


Fevralın 17-də, CineMastercard kinoteatrında təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və "Azərbaycanfilm" kinostudiyasının birgə təşkilatçılığı ilə ustad Əliağa Vahidin həyatından bəhs edən, Xalq artisti, kinorejissor Şahmar Ələkbərovun "Qəzəlxan" bədii filminin 35 illik yubileyi münasibətilə mərasim və filmin nümayişi keçirildi.

Tədbirdə filmin ssenari müəllifi və rejissoru, kinorejissor Şahmar Ələkbərovun ailə üzvləri, kinematoqrafçılar və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirin moderatoru, Avropa Kino Akademiyasının üzvü Kamran Qasımov açıq elan edərək sözü "CineMastercard" Kinoteatrlar Şəbəkəsi  Müşahidə Şurasının sədri Zaur Darabzadəyə verdi. Z. Darabzadə "CineMastercard" Kinoteatrlar Şəbəkəsinin Azərbaycan mədəniyyətinə hər zaman yüksək qiymət verdiyini və sözügedən nümayişin bu baxımdan vacib olduğunu vurğuladı.

Daha sonra çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev "Qəzəlxan" filminin Azərbaycan kinosundakı yeri və Şahmar Ələkbərovun yaradıcılığından danışdı.

Nümayişdə iştirak edən filmin yaradıcı heyətinin üzvləri  - baş rolun ifaçısı Loğman Kərimov,  təsvir rejissoru Rafiq Əliyev, ikinci rejissor Elman Şeydayev, redaktor Orxan Fikrətoğlu və prodüser Azər Quliyev 35 il öncəyə boylanaraq filmin istehsalat prosesi, həmin dövrdə gedən proseslərdən danışdılar.


Çıxışlarda qeyd olundu ki, filmin çəkilişləri dövrümüzün ağrılı və ziddiyətli mərhələlərindən biri olan 20 Yanvar hadisələrinin yaşandığı günlərdə aparılırmış.

Sonda tədbirdə iştirak edən Şahmar Ələkbərov ailə üzvlərinə dərin minnətdarlıq ifadə olundu və filmin nümayişinə başlandı.






Kino 20-02 17:15

Digər Xəbərlər