13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

“Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO


"CineMastercard" kinoteatrında çoxdan gözlənilən "Qışqırıq 7" qorxu filminin dünya premyerasından bir gün əvvəl xüsusi nümayişi təşkil olunub.

Magazinews.Az xəbər verir ki, Kult franşizanın pərəstişkarları ekran əsərinin davamını geniş auditoriyadan öncə izləmək və gərginlik dolu hadisələrin içinə ilk olaraq qərq olmaq imkanı əldə ediblər.

Tədbir "Portal Games" kvest şirkətinin dəstəyi ilə baş tutub və axşamı interaktiv qorxu dünyasına real səyahətə çevirib. Qonaqları filmin əsas mənfi obrazı - məşum Ghostface qarşılayıb və ilk dəqiqələrdən həyəcanlı gözlənti hissi yaradıb.

Tematik dekorasiyalar, qaranlıq fotoguşələr və qorxulu interyer elementləri tamaşaçılara film atmosferini yaxından hiss etməyə imkan verib.

Qapalı nümayişdə "Mastercard" beynəlxalq ödəniş sistemin "Priceless" təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, içtimai xadimlər,

jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər. Tədbirin təşkilinə "Portal Games" kvest şirkəti, "MADO" restoranı, foto və video çəkiliş üzrə "Light in Black" kreativ şirkəti, Coca-Cola, Mochiki & Bubble və Red Bull dəstək göstəriblər.

"CineMastercard" kinoteatrında keçirilən "Qışqırıq 7" filminin premyeradan əvvəlki nümayişi qorxu janrının pərəstişkarları üçün əlamətdar hadisəyə çevrilib və bir daha sübut edib ki, film izləmək əsl emosional macəraya çevrilə bilər.


Filmin rejissoru Kevin Uilyamsondur. Rollarda: Niv Kempbell, Kortni Koks, İzabel Mey, Jasmin Savoy Braun, Meyson Qudinq, Anna Kemp, Coel MakHeyl, Makkenna Qreys, Mişel Rendolf, Cimmi Tatro.

Film haqqında qısa məlumat: Sidni Preskott yeni həyat qurduğu sakit şəhərcikdə "Kabusa Bənzər Üz"lü qatil ortaya çıxdıqda, onun ən qaranlıq qorxuları gerçəyə çevrilir - qızı növbəti hədəfə çevrilir. Ailəsini qorumaq üçün Sidni keçmişin dəhşətləri ilə üz-üzə qalmalı və qan tökülməsinə birdəfəlik son qoymalıdır.

Tamaşaçılar "CineMastercard" kinoteatrlar şəbəkəsində ilin ən gözlənilən "Qışqırıq 7" qorxu filmini ingilis və rus dillərində izləyə biləcəklər.

Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur. Bu texnologiyalar ekranda baş verənləri daha real hiss etməyə imkan verir və izləmə təcrübəsini maksimum dərəcədə həyəcanverici edir.




[media=]


[media=]





Kino 02-03 15:10

Digər Xəbərlər