13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

“CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO


"CineMastercard" kinoteatrlar şəbəkəsində "Çatlı" türk kriminal dramı 19 mart tarixindən etibarən nümayiş olunacaq.

Magazinews.Az xəbər verir ki, real hadisələrə əsaslanan film Türkiyənin müasir tarixində ən çox müzakirə olunan fiqurlardan biri - Abdullah Çatlının həyatına həsr olunub.

Filmin rejissoru Deniz Enyüksekdir. Ssenarinin müəllifləri isə Onur Tan və Nevzat Erkuldur.

Baş rolu - Abdullah Çatlını - Türkiyə milli yığmasının və "Qalatasaray" klubunun sabiq futbolçusu Vedat İnceefe canlandırıb. Bu rol aktyor üçün böyük kinoda ilk təcrübə olub.

Film Çatlının həyatındakı dönüş nöqtələrindən bəhs edir: 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonrakı fəaliyyəti, Avropada keçirdiyi çətin illər, ASALA terror təşkilatı ilə mübarizə, eləcə də Roma Papasına qarşı sui-qəsd işi üzrə məhkəmə prosesindən sonra onun Türkiyəyə qayıdışından əvvəlki dövr.

Hekayə həmçinin həmin dövrdə Türkiyədə baş verən siyasi və sosial proseslərə işıq salır və 1996-cı ildə Susurlukda baş verən faciəvi avtomobil qəzasından əvvəlki hadisələrə toxunur.

Filmdə Çatlının həyat yoldaşı Meral Çatlıya da xüsusi yer ayrılıb. Abdullah Çatlının həbsdə olduğu müddətdə onun apardığı mübarizə və göstərdiyi dəstək çətin dövrlərdə qadının rolunun gücünü və əhəmiyyətini vurğulayır.

Hadisələrlə zəngin bu dramatik film güclü aktyor heyəti ilə seçilir; filmdə həmçinin Eren Vurdem, Ömər Kurt, Engin Benli, Erdal Kiçükkömürcü, Şiva Behruzfar, Turqay Tanülkü və Nizam Namidar rol alıblar.

Çəkilişlər bir neçə ölkədə, o cümlədən Budapeştdə, həmçinin Türkiyənin və Avropanın müxtəlif məkanlarında aparılıb. Yaradıcı heyət 1980-ci illərin atmosferinin bərpasına - kostyumlara, dekorasiyalara və tarixi detallara xüsusi diqqət yetirib.

Layihənin müəllifləri qeyd edirlər ki, "Çatlı" filmi yalnız bioqrafik dram deyil, həm də bir insanın taleyi vasitəsilə Türkiyə tarixinin mürəkkəb və ziddiyyətli dövrünü anlamağa cəhd edir.

Filmin nümayişi eksklüziv olaraq "CineMastercard" kinoteatrlar şəbəkəsində baş tutacaq.



[media=]


Kino 17-03 14:10

Digər Xəbərlər