15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |     20:45 Dünya səviyyəli DJ Lia Lisse Bakıya gəlir!  |     14:45 RED BULL FOUR 2 SCORE: MİLLİ FİNAL ÜÇÜN HƏR ŞEY HAZIRDIR - FOTOLAR  |     22:43 Park Cinema bağlanır - VİDEO  |     16:15 CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO  |     23:20 Red Bull Four 2 Score: Gəncə və Lənkəran milli finalçılarını seçdi, sıra Bakıdadır  |     13:30 CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO  |     10:02 Məqsəd finiş xətti deyil, ümiddir: Wings for Life World Run 2026-cı ildə yenidən dünyanı birləşdirir - FOTO  |     10:35 Red Bull Azərbaycanın ən gözəl məkanlarını əhatə edən yeni layihəyə start verir - FOTO/VİDEO  |     14:10 “CineMastercard” da türk kriminal dramı “Çatlı” - VİDEO  |     14:05 Tolik Nazəninin dəbdəbəli villasını PAYLAŞDI - VİDEO  |     14:14 “VARİS” filmi "Park Cinema"da təqdim olundu - FOTO  |     16:23 Azərbaycanda çəkilən film müzakirə yaratdı - VİDEO  |     15:10 “Qışqırıq 7” dünya premyerasından əvvəl “CineMastercard”da təqdim olunub - FOTO/VİDEO  |     17:15 “CineMastercard” kinoteatrında “Qəzəlxan” bədii filminin yubileyi keçirilib - FOTO  |     15:35 Red Bull Turn It Up ilk dəfə Azərbaycanda! - FOTOlar  |     11:00 MISS & MISTER AZERBAIJAN 2025 Milli Gözəllik Müsabiqəsinin qalibləri MƏLUM OLDU - FOTOlar  |    

CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı - VİDEO - FOTO


Dəniz Mall” ticarət mərkəzində yerləşən CineMastercard kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən “Maykl” bioqrafik filminin dünya premyerasından 3 gün öncə keçirilən nümayişinə həsr olunmuşdur.

Tədbir əsl genişmiqyaslı dünyəvi hadisəyə çevrildi və hər detal incəliklə düşünülmüşdü. Kinoteatrın foyesi sənətkarın yaradıcılıq dövrlərindən ilhamlanan üslubda tərtib edilmişdi: zərif dekor, işıq effektləri və şou-biznes ab-havası qonaqlara pop musiqisinin kralının dünyasına səyahət hissi yaradırdı.

Qonaqları səmimi və bayram əhval-ruhiyyəsi qarşılayırdı — dadlı təamlar, müxtəlif içkilər və DJ-in musiqi setləri gecənin ritmini müəyyən edir, onu yüngüllük və parlaq təəssürat gözləntiləri ilə doldururdu.

Proqramın kulminasiyası Maykl Ceksonun məşhur hitləri altında təqdim olunan “A1” rəqs qrupunun möhtəşəm çıxışı oldu. Hərəkətlərin dəqiqliyi, ifaçıların xarizması və səhnənin güclü enerjisi tamaşaçılarda əsl emosiyalar yaratdı. Axşamın parlaq və eyni zamanda təsirli finalı isə əfsanəvi sənətkar obrazında çıxış edən gənc rəqqasın virtuoz nömrəsi oldu — bu çıxış tamaşaçıların xüsusi rəğbətini və alqışını qazandı.

“Maykl” filminin premyeradan öncə nümayişi qonaqların yaddaşında uzun müddət qalacaq parlaq mədəni hadisəyə çevrildi — ilham, musiqi və əfsanə ilə dolu bir axşam kimi.

Qapalı nümayişdə “Mastercard” beynəlxalq ödəniş sistemin “Priceless” təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, içtimai xadimlər, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.

Tədbirin təşkilinə “Dəniz Mall” TM, “7 Gül” gül butiki tərəfindən dekor, “Bakery Street” kulinariyasından furşet və şirniyyatlar, foto və video dəstək — Light in Black kreativ şirkəti, Azərbaycanın ilk orqanik şərab istehsalçısı olan “Meysari” şərabları, “Yogood Baku” təbii və sağlam qida məhsulları, qrim – məşhur stilist Natalya İsmaylova, Red Bull və Coca-Cola dəstək göstəriblər.

Axşam “Maykl” filminin çoxdan gözlənilən nümayişi ilə yekunlaşıb.

“Maykl” filmi sənətkarın yolunu — ailə qrupunun tərkibində səhnəyə ilk addımlarından başlayaraq, dünya miqyasında musiqi və şou-biznes sənayesini dəyişən bir ikonaya çevrilməsinə qədər olan mərhələləri əhatə edir. Filmin rejissoru Antuan Fukua, baş rolu isə Maykl Ceksonun qardaşı oğlu Cafaar Cekson ifa edib ki, bu da ekran əsərinə xüsusi autentiklik və dərinlik qatır. Layihədə həmçinin Kolman Dominqo və Nia Lonq kimi aktyorlar da mühüm obrazları canlandırıblar.

Filmdə yalnız musiqi irsinə deyil, həm də Maykl Ceksonun həyatının pərdəarxası tərəflərinə — onun daxili hisslərinə, yaradıcılıq axtarışlarına və unikal obrazının formalaşmasına təsir edən hadisələrə xüsusi diqqət yetirilir. Tamaşaçıları “Thriller” və “Bad” albomlarından ilhamlanan əfsanəvi səhnə nömrələrinin yenidən canlandırılması, eləcə də sənətkarın həyatından nadir və əvvəllər nümayiş olunmayan məqamlar gözləyir.

Tamaşaçılar “Maykl” filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində orijinal -ingilis dilində, eləcə də rus dilində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və ScreenX formatlarında da təqdim olunur.



[media=]


[media=]




 



Kino 24-04 13:30

Digər Xəbərlər