13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir


Hər il iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Bu münasibətlə premium kinoteatrlar şəbəkəsi "CineMastercard" kütləvi informasiya vasitələrinin nümayəndələri üçün xüsusi kampaniya təşkil edib.

Jurnalist peşəsinə və onların cəmiyyətin inkişafındakı mühüm roluna ehtiram əlaməti olaraq media nümayəndələrinə şəbəkənin kinoteatrlarında nümayiş olunan istənilən filmə bir ədəd ödənişsiz bilet təqdim olunacaq.

Kampaniyadan yararlanmaq üçün:

kinoteatrın kassasına yaxınlaşmaq;
etibarlı xidməti vəsiqəni təqdim etmək;
qeydiyyat formasını doldurmaq;
izləmək istədiyiniz filmi seçmək kifayətdir.


Jurnalistlər cəmiyyətin operativ və etibarlı məlumatlandırılmasında mühüm missiya daşıyırlar. Onların peşəkarlığı sayəsində insanlar ölkədə və dünyada baş verən hadisələr, əldə olunan uğurlar, mədəni həyat və ictimai əhəmiyyət daşıyan mövzular barədə dolğun və obyektiv məlumat əldə edirlər.

"CineMastercard" Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində yeni nailiyyətlər, maraqlı layihələr, tükənməz ilham, möhkəm cansağlığı və uğurlar arzulayır.



Kino 20-07 13:35

Digər Xəbərlər