13:50 RED BULL GYM CLASH BAKIYA QAYIDIR: BURADA TƏKCƏ GÜC KİFAYƏT ETMƏYƏCƏK - FOTO  |     14:50 İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO  |     22:02 Red Bull Pəhləvan: İçərişəhərin daş küçələrində güc danışdı - FOTO  |     11:10 “CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir  |     23:20 RED BULL PƏHLƏVANA CƏMİ 4 GÜN QALDI!  |     13:35 “CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edir  |     17:10 Festivalları fəth edən film indi yalnız Park Cinemada! - FOTO  |     22:15 Red Bull Pəhləvan: Qədim anlayışın müasir meydanı  |     15:30 “CineMastercard” CaspiMayr Retreat Beach Resort, Sea Breeze-də Open Air Cinema açır  |     17:00 CineMastercard-da “Minionlar və bədheybətlər” filminin qapalı nümayişi keçirilib - Foto/Video  |     14:30 CineMastercard Barselonada keçirilən CineEurope beynəlxalq sərgisində iştirak edib - FOTO  |     14:22 İlin ən gərgin Koreya filmi artıq Park Cinemada - Foto  |     13:14 “Obsessiya” – dünya kinoprokatında böyük uğur qazanan film yalnız CineMastercard-da - Video  |     14:00 CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar” - VİDEO  |     15:20 “CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)  |     14:24 Park Bulvarda kino izləməyin qaydaları dəyişdirildi! - Foto  |     15:30 RED BULL YAĞLI DİRƏK GERİ QAYIDIR! - FOTO  |     11:30 “CineMastercard” kinoteatrının rəhbəri Kann Film Festivalında iştirak edib - FOTO  |     16:30 Bakı tarixində ilk: Məşhur kinoteatr gecə klubuna çevrildi - FOTO  |     09:32 CineMastercard-da yeni ailəvi fantastika: “Sihirli Annem: Periler Okulu” - VİDEO  |    

“CineMastercard” xüsusi kino seanslarında fasilə (antrakt) ilə yeni rahatlıq səviyyəsi təqdim edir



"CineMastercard" premium kinoteatrlar şəbəkəsi tamaşaçılarının rahatlığını nəzərə alaraq, təxminən üç saat davam edən filmlərin xüsusi seansları üçün fasilə (antrakt) nəzərdə tutan yeni nümayiş formatını tətbiq edir.

Müasir blokbasterlər, tarixi dramlar və irimiqyaslı kinolayihələr getdikcə daha uzunmüddətli olur, bu da tamaşaçılara filmin süjetinə və atmosferinə daha dərindən qərq olmağa imkan yaradır. Belə filmlərin nümayişini daha rahat etmək məqsədilə xüsusi seanslarda qısa fasilə (antrakt) nəzərdə tutulub.

Fasilə zamanı tamaşaçılar qısa müddət dincələ və ya ekspress-bardan istifadə edə, sevimli içki və qəlyanaltılarını əldə edə biləcəklər.

Fasilə (antrakt) yalnız təxminən üç saat davam edən filmlərin xüsusi seanslarında nəzərdə tutulub. Eyni film həm fasiləli (antraktlı), həm də fasiləsiz nümayiş oluna bilər. Bununla bağlı məlumat rəsmi internet saytında və mobil tətbiqdə seans cədvəlində əvvəlcədən göstəriləcək ki, tamaşaçılar özləri üçün ən uyğun seansı seçə bilsinlər.

Fasilə (antrakt) tətbiq olunacaq ilk film Kristofer Nolanın səbirsizliklə gözlənilən "Odisseya" filmi olacaq. Filmin miqyası və uzunmüddətli olması nəzərə alınaraq, yeni nümayiş formatı tamaşaçılara qısa fasilə vermək və ilin ən çox gözlənilən kinopremyeralarından birini maksimum rahatlıqla izləməyə davam etmək imkanı yaradacaq.


"Biz çalışırıq ki, kinoteatrımıza hər səfər tamaşaçılarımız üçün mümkün qədər rahat və xoş keçsin. Uzunmüddətli filmlər xüsusi yanaşma tələb edir. Məhz buna görə də qısa fasilə tamaşaçılara dincəlmək və filmi daha böyük zövqlə izləməyə davam etmək imkanı verəcək", - deyə "CineMastercard" kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə bildirib.

Fasilənin (antraktın) tətbiqi "CineMastercard" kinoteatrlar şəbəkəsinin xidmət keyfiyyətinin daha da inkişaf etdirilməsi və tamaşaçılar üçün kino izləmə təcrübəsinin daha rahat və komfortlu olması istiqamətində atdığı növbəti addımdır.



Kino 23-07 11:10

Digər Xəbərlər