09:15 Premyer Liqa: V tur "İmişli" - "Neftçi" matçı ilə start götürəcək  |     00:54 "Sabah" 4:0 uduzdu  |     21:01 Premyer Liqa: "Zirə" – "Qarabağ" matçının hakimləri açıqlanıb  |     09:55 "Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)  |     09:35 “Sabah” bu gün “Mançester Yunayted”lə qarşılaşacaq  |     08:50 Azərbaycan millisinin 3 oyununun biletləri satışa çıxarılıb  |     16:33 Coy-Lens Mikels Georgi Adamiyanın göstəricisini təkrarlayıb  |     13:50 Azərbaycan futbolunda qol yağışı: Son 21 mövsümün rekordu təzələndi  |     11:50 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu yenilənib  |     23:10 “Qarabağ” çətin qələbə qazandı  |     20:10 Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib  |     10:10 "Qarabağ" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Sumqayıt"a qarşı  |     20:53 “Sabah” “Zirə”ni darmadağın etdi  |     14:25 "Sabah"dan inanılmaz qərar: 10 milyon manatlıq layihə gəlir  |     09:33 Premyer Liqada IV turun matçları keçiriləcək  |     08:43 Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion məlum oldu  |     22:33 "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi  |     09:15 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir  |     16:45 "Kəpəz" cərimələnib  |     16:36 Kadi Borgesə ağır cəza  |    

İlk dəfə CineMastercard-da: ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-Adam" - VİDEO


CineMastercard bu yayın ən möhtəşəm kino hadisələrindən birini – "Hörümçək-Adam: Yeni Gün" filminin inqilabi ScreenX formatında premyerasını təqdim edir.

Piter Parkerin yeni macərası kino dünyasında əsl dönüş nöqtəsinə çevrilir. İlk dəfə olaraq tamaşaçılar filmin düz 88 dəqiqəsi boyunca ScreenX formatının təqdim etdiyi tam immersiv kino təcrübəsini yaşayacaqlar. Bu, ScreenX formatı tarixində ən uzun xüsusi məzmun təqdimatıdır.

Lakin rekord müddət filmin yeganə uğuru deyil.

"Hörümçək-Adam: Yeni Gün" ScreenX formatı üçün xüsusi çəkilmiş ilk Hollivud blokbasteri kimi tarixə düşübYan ekranlar üçün nəzərdə tutulmuş əlavə səhnələr əsas çəkiliş prosesi ilə paralel hazırlanıb. Nəticədə hadisələr adi ekranın sərhədlərini aşaraq tamaşaçını hər tərəfdən əhatə edir və onu filmin bir hissəsinə çevirir.

Filmin rejissoru Destin Deniel Kretton, baş rolların ifaçıları isə Tom Holland, Sedi Sink, Zendaya, Ceykob BatalonCon Berntaldır.

Hörümçək-adamın göydələnlər arasında möhtəşəm uçuşları, nəfəskəsən təqiblər, genişmiqyaslı döyüş səhnələri və Nyu-Yorkun təsirli panoramaları tamaşaçıya sadəcə film izləmək deyil, hadisələrin mərkəzində olmaq hissini yaşadır.

Filmin dünya üzrə əldə etdiyi böyük uğuru da xüsusi qeyd olunmalıdır. "Hörümçək-Adam: Yeni Gün" nümayişinin ilk həftəsində dünya prokatında 1 milyard ABŞ dolları həddini keçərək ilin ən böyük kino hadisələrindən biri statusunu təsdiqləyib.

"Hörümçək-Adam: Yeni Gün" artıq CineMastercard kinoteatrlarında iki innovativ formatda – ScreenX4DX formatlarında nümayiş olunur. Film həmçinin rus, türk və ingilis dillərində təqdim edilir.

Yeni nəsil kino təcrübəsini yalnız CineMastercard-da yaşayın!


[media=]


Kino 06-08 14:50

Digər Xəbərlər