ZAZ: Eksklyuziv konsert “Park Cinema”da!

20-11-2021, 12:50
A+
A-

Noyabrın 25-də dünyanın fransızdilli ölkələri ilə yanaşı Park Cinema kinoteatrda ZAZ-ın eksklüziv konsertini nümayiş edəcək.

MAGAZINEWS.AZ xəbər verir ki, bir çox ölkədə bir neçə milyon albomu satılan dünyanın ən uğurlu fransız müğənnisi olan ZAZ, 3 ildən çox aradan sonra nəhayət səhnəyə qayıdır.

Karyerasında ilk dəfə olaraq, ZAZ pərəstişkarlarına heç vaxt görülməmiş bir konsert təqdim edəcək. Fransanın cənubundakı sehrli bir yerdə lentə alınan bu unikal konsert, sənətçinin möhtəşəm açıq havada ifasını vurğulayacaq inqilabi proyeksiyalar sayəsində möhtəşəm vizual təcrübə yaradacaq.

Konsertin nümayişi noyabrın 25-i “Park Cinema Flame Towers” kinoteatrının 5-ci zalında keçiriləcək.

Biletləri kinoteatrını kassasında və iticket.az-da əldə edə bilərsiniz - https://iticket.az/events/park-cinema/zaz-the-exclusive-concert-at-the-cinema.