22:45 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb  |     20:45 Premyer Liqada VII tura "Şəfa" - "Turan Tovuz" oyunu ilə yekun vurulub  |     18:35 “Qarabağ” səfərdə qələbə qazanıb - Premyer Liqa  |     19:13 Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib  |     21:33 Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib  |     12:11 "Neftçi" "Sabah"a qarşı  |     16:33 "Neftçi" – "Sabah" oyununun hakimləri açıqlandı  |     11:37 Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)  |     19:07 UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb  |     09:15 Azərbaycan Litvaya qarşı  |     11:13 Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"  |     12:10 Azərbaycan - Litva oyununa bu hakimlər idarə edəcəklər  |     22:02 UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib  |     10:05 Millətlər Liqası: Azərbaycan Lixtenşteynə qarşı  |     22:55 RED BULL WINGS CUP ilə Azərbaycandan Mayamiyə  |     19:50 Ayxan Abbasov: "Qrupda birinci yeri tutmaq istəyiriksə, Lixtenşteynə qalib gəlməliyik"  |     14:11 “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı  |     12:45 Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı  |     19:33 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"  |     18:56 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib  |    

"Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə otururlar"


"Oğlan uşaqları azaddır. Amma qız uşaqlarına ciddi bir qadağa, fərqli münasibət var. Düşünün, vətəndaş nikahı ilə yaşayan, münasibətdə olan qıza mentalitet tərəfdən necə yanaşırlar. Bunu gətirib əxlaq tərəfinə bağlayacaqlar. Amma bunun fiziki, tibbi tərəfləri var. Nə qədər doğrudur? Mən də övladımı elə böyüdürəm, amma... Qızların qaş alma prosesi yaxın illərdə baş verdi. Məktəb vaxtımızda bığlı, saqqallı gəzirdik".


Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı verilişində deyib. O, qızlara qoyulan qadağalardan, ayrıseçkilikdən danışıb. Aparıcı bildirib ki, cəmiyyət ailə qurmadan münasibətdə olan qadınlara əxlaqsız kimi yanaşır:

"30 yaşlı qız ailə həyatı qurmayıb, nə etməlidir? Qızın bu yaşda uşaq dünyaya gətirmə istəyi belə dəhşət qarşılanır. Toy etməmisən, necə uşaq dünyaya gətirə bilərsən? Yalandan get toy et, birini gətir otuzdur yanında. Oğlan uşağı azaddır. Qız bu cür addım atsa, gizlin etməlidir. Açıq-aşkar etsə, gətirib əxlaqa bağlayacaqlar. 30 yaşı var, qadın addım atsa, cəmiyyət daşlayacaq. 25-30 yaşındakı bir qadın ailə qurmayıbsa, qadının dünyaya uşaq gətirməsi, kiminləsə münasibət qurması olmaz. Bəzən yalandan don geyindiririk. Öz həyatını yaşayanlar var. "El-aləm nə deyər" düşüncəsi ilə gizli edilir. Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə oturanlar var. Bu yalanı niyə sırıyırıq axı?".


Digər Xəbərlər