Transseksual Hollandiya gözəli seçildi

10-07-2023, 22:51
A+
A-


Ötən həftə sonu Hollandiyada "Miss Hollandiya 2023" gözəllik müsabiqəsi keçirilib.


Ölkənin ən gözəl qızı titulunu transseksual alıb. O, bununla Hollandiyada ilkə imza atıb. Birinci seçilən 22 yaşlı Riki Valeri Kolle "Miss Universe 2023" müsabiqəsində ölkəsini təmsil etmə şansı qazanıb.


Riki instaqram səhifəsində "Mən bunu etdim" deyə, yazıb.

Qeyd edək ki, Riki 8 yaşındaykən əməliyyatla qadın olmaq istəyini bildirib. 11 yaşında özünü qadın elan edərək artıq adını dəyişib. Riki 16 yaşında hormon qəbul etməyə başlayıb, 2023-cü ildə, yarışmadan cəmi bir neçə ay əvvəl cinsiyyətini dəyişdirmə əməliyyatı keçirib. /Axsam.az/